XƏBƏRLƏR
MƏLUMAT
Xalq artisti, ilk peşəkar diktorlardan biri Fatma Cabbarovanın anım günüdür
ÜMÜMİ XƏBƏRLƏR
29/11/2022 00:03

Fatma Ağacabar qızı Cabbarova 1920-ci il noyabr ayının 7-də Bakıda anadan olub.

1941-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu, 1950-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Professional diktor sənətinin ilk nümayəndələrindən biridir.

1941-1991-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində işləyib, Azərbaycan radiosunun diktoru olub. İnformasiya, xəbərlər, siyasi və ədəbi mövzuda verilişlərin aparıcısı olub. Azərbaycan və dünya dramaturqlarının əsərlərini ilk dəfə radioda səsləndirib və radio kompozisiyalarında çıxış edib. Gənc diktorlar nəslinin yetişməsində mühüm xidmətləri olub. “Odlar yurdu” televiziya verilişinin aparıcısı idi.

1990-cı ildə Azərbaycan Respublikasının “Xalq artisti” fəxri adına layiq görülüb.

Fatma Cabbarova 29 noyabr 2010-cu ildə vəfat edib.

Baxış sayı: 177