Məşhur “Disneyland” tematik parkı 17 iyun 1955-ci ildə Los-Ancelesin cənubunda yerləşən Anahaym şəhərində açılıb. Həmin gün amerikalı “animasiya kralı” və uğurlu biznesmen Uolt Disney (Walt Disney) uşaqlar və onların valideynləri üçün möhtəşəm əyləncə parkının təntənəli açılış mərasimini keçirib. Bu tədbir “ABC” kanalı tərəfindən birbaşa yayımlanıb, parkın açılış mərasimini ABŞ-ın gələcək prezidenti aktyor Ronald Reyqan aparıb.
Uşaqlar üçün əyləncə parkının yaradılması ideyası Disney tərəfindən qızları ilə parkda gəzərkən yaranıb. Uşaqlar karuseldə fırlanarkən ataları dükanda oturub gözləyirdi ki, qızları nə vaxt yorulacaq. Bu gəzintilər zamanı Uolt Disney həm uşaqların, həm də valideynlərin yaxşı vaxt keçirə biləcəyi park haqqında fikirləşib.
Əyləncə parkı bütün ailə üçün istirahət yeri olmalıdır və onda Disney belə bir park yaratmaq qərarına gəlib. Lakin tarixçilərin dediyinə görə, İkinci Dünya Müharibəsi Disneyin ideyalarının gerçəkləşməsinə mane olub. Yalnız 1954-cü ildə Anahaymda 32 hektarlıq portağallıqda “Disneyland”in tikintisinə başlanılıb. Bu parkın layihələndirilməsi və inşasına Disneyin özü birbaşa başçılıq edib. O elə bir yer yaratmaq istəyib ki, bütün yaşdan olan insanlar özünü orda uşaq kimi hiss edə bilsinlər.
“The Walt Disney Company” şirkəti tərəfindən ilk “Disneyland”in tikintisinə 17 mln dollar xərclənib, lakin tezliklə bütün yatırımlar 10 dəfə daha çox gəlir gətirib.
Sehrbaz Uolt Disneyin ən böyük arzusu 17 iyul 1955-ci ildə “Disneyland Resort”un qonaqpərvər qapılarını açmaqla reallaşıb. Uolt Disney parkın yaradılmasına ürəyini qoyub. Rəssamın fantaziyası və parkın bütün yaradıcılarının entuziazmı Mikki-Maus və onun dostlarının yaşadığı animasiya filmlərinin və nağılların sehrli dünyasında öz əksini tapıb. Bu tamamilə orijinal və bənzəri olmayan, dörd əsas prinsip üzərində yaradılmış park idi: Uolt Disneyin cizgi filmlərinin sehrli krallığını yenidən qurmaq, cürbəcür və yeni texniki tryukların əlavə olunması, ziyarətçilərdə elə təəssüratlar yaratmaq ki, sanki onlar cəngəlliklər arasında üzür, ya da qarşılarında ruhlar görürlər və ya dənizin dibində sualtı gəmidə oturublar.
Ilk əvvəl attraksionların sayı 16-ya, giriş bileti isə 1 dollara bərabər idi. Hazırda olduğu kimi ziyarətçiləri girişdə Miki Maus, Ağbəniz və Yatmış Gözəl qarşılayır. Daha sonralar onların sırasına Pinokkio və Vinni-Pux da qatılıb.
“Disneyland” tez bir zamanda ABŞ-ın görməli yerlərindən birinə və ailəvi istirahət üçün sevimli məkana çevrilib. Əbəs yerə “Disneyland”i dünyanın ən xoşbəxt yeri saymırlar. Qonaqları Uolt Disneyin səsi salamlayır: “Bizim bu xoşbəxt məkana Xoş Gəlmisiniz! Disneyland sizin ölkənizdir. Burda kamillik yenidən keçmişin ən əziz xatirələrini yaşayır, cavanlıq isə gələcəyin vədləri və çağırışlarından həzz alır. Disneyland Amerikanı yaratmış ideallara, arzu və real faktlara həsr olunub, ümid edirik ki, bu dünya üçün sevinc və ilham mənbəyi olacaq.
“Disneyland”in müasir kompleksi əhəmiyyətli dərəcədə genişlənmiş və 200 hektarlıq sahəni əhatə edir. Park üç hissəyə bölünüb. Birinci zona – simvolu Yatmış Gözəlin Qəsri olan “Disneyland Park”ının özüdür. İkinci zona – 2001-ci ildə açılmış “Disney’s California Adventure Park” tematik parkıdır, bu sahə Qızıl Ştatın tarixinə və mədəniyyətinə həsr olunub və simvolu Kaliforniya canlı təbiətinin rəmzi olan qrizli ayısının siluetini xatırladan süni “Grizzly Peak” dağıdır. Eyni anda “Disney’s California Adventure” ilə birlikdə üçüncü zona – “Downtown Disney” yaradılıb, kompleks bir çox attraksiondan, teatr, 12 zallı kinoteatr, mağaza, restoran, bar və oyun zonalarından ibarətdir.
“Disneyland Resort”un qonaqları Disney studiyasının sevimli animasiya və bədii filmlərinin əsl qəhrəmanları ilə ünsiyyətdə ola və fantastik attraksionlarda əylənə bilərlər. Park gündəlik paradlar və atəşfəşanlıq təşkil edir. “Disneyland”in küçələrində orkestrin müşayiəti ilə Mikki-Maus və Donald Dak digər cizgi filmi qəhrəmanları ilə birlikdə gəzirlər. Parkda hər yerdə monorels, parovoz, fayton və ya funikulyor tapmaq olar. Funikulyordan parkın ərazisinə gözəl mənzərə açılır. “Disneyland”in yaranmasından bu yana onu 500 milyon qonaq, o cümlədən kral ailəsi, prezidentlər və dövlətin digər rəsmiləri ziyarət edib. Disney parklar şəbəkəsi bu günlərdə də genişlənməkdədir, Anahaym şəhərində yerləşən ilk “Disneyland”dan başqa Florida ştatında (ABŞ) “Disneyworld”, Parisdə (Fransa) “Avro-Disneyland”, “Tokio-Disneyland” (Yaponiya) və Honqkonqda (Çin) “Disneyland” fəaliyyət göstərir.
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib
- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
- 10:05 Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib
- 20:52 Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal “Qonağımız var” layihəsinin növbəti qonağı olub
- 09:39 Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib
- 21:25 Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
- 21:10 “Tarixin susmayan harayı: Xocalı” adlı tədbir keçirilib
- 18:03 Yubilyar mədəniyyət xadimləri nazirliyin Fəxri diplomu ilə təltif olunub
- 17:38 Millət vəkilləri və incəsənət xadimləri attestasiya prosesini müşahidə ediblər
- 17:11 2026/2027-ci tədris ili üzrə incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu elan olunur
- 16:58 “Sənin üçün” qısametrajlı bədii filminin nümayişi keçirilib
- 15:45 “Ögey ana” filmi nümayiş olunub
- 16:00 “Qızıl uçurum” filmi nümayiş olunub
- 16:35 Mədəniyyət naziri Adil Kərimli Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 11:40
- 12:06 Berlində Azərbaycan Kino Günləri keçirilib
- 09:05 Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib
- 09:22 Honq Konq Konservatoriyasında Azərbaycanın simfonik və populyar musiqisindən bəhs olunub
- 09:53 “İncəsənət Müəllimlərinin Qış Məktəbi” layihəsi həyata keçiriləcək
- 10:38 Əməkdar artist Cabir Abdullayev ilə görüş keçirilib
- 09:41 Ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti sərtləşdirən yeni qaydalar qüvvəyə minir
- 09:22 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Cavidan Babazadənin solo konserti keçirilib
- 11:43 Sevilən müğənni Leyla Rəhimli ilə görüş keçirilib
- 10:08 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 09:48 “Üzeyir Hacıbəyli Mükafatı” qaliblərinin təltifetmə mərasimi keçirilib
- 09:34 “20 Yanvar-Milli yaddaşımızın iradə gücü” adlı anım tədbiri keçirilib
- 14:36 “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 14:22 “Mədəniyyəti – 2040” Konsepsiyasının Mədəniyyət Nazirliyinin qurumları üçün təqdimatı keçirilib