XƏBƏRLƏR
MƏLUMAT
Uşaq yazıçısı Simax Şeydanın “Padşah qız” kitabı nəşr olunub
ÜMÜMİ XƏBƏRLƏR
02/07/2021 05:07

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının Fəxri oxucusu, Azərbaycan uşaq ədəbiyyatının tanınmış simalarından biri, Azərbaycan və İsrail Yazarlar Birliyinin üzvü, şair-dramaturq Simax Şeydanın “Padşah qız” kitabı nəşr olunub.

Simax Şeyda – Azərbaycanda tanınmış uşaq şairi və yazıçısıdır. Uzun illərdir Vətənindən uzaqda – Almaniyada yaşayan şairin mütəmadi olaraq Azərbaycana gəlməsi, yeni şeirlər kitabını nəşr etdirməsi bir ənənə halını alıb. Simax Şeydanın şeirləri Azərbaycana, onun keçmişinə, qəhrəmanlıq tarixinə, sənət dünyasına və gözəl təbiətinə həsr olunub.

Bildirilib ki, uşaqların sevimli şairi Simax Şeyda 2018-ci ilin avqust ayında işıq üzü görmüş “Ovçu ayı” kitabını Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasına hədiyyə edib.

Yazıçının 2021-ci ildə işıq üzü görmüş “Padşah qız” kitabı “Şirvannəşr” nəşriyyatı tərəfindən nəşr olunub. 136 səhifədən ibarət olan kitabda yazıçının “Padşah qız”, “Üç atlı”, “Tülkünün sonbeşiyi”, “Xəzinə axtaran kişi” mənzum nağılları toplanıb.

Kitab hədiyyə olaraq kitabxanalara təqdim olunacaq.

 

Baxış sayı: 275