XƏBƏRLƏR
MƏLUMAT
“Ümummilli lider Heydər Əliyevin Yasamal rayonuna səfərləri” adlı səyyar sərgi təşkil olunub
ÜMÜMİ XƏBƏRLƏR
01/05/2025 12:29

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Fizika – riyaziyyat və informatika təmayüllü lisey və 167 nömrəli tam orta məktəbdə “Ümummilli lider Heydər Əliyevin Yasamal rayonuna səfərləri” adlı səyyar sərgi təşkil olunub.

Səyyar sərgi zamanı Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin müxtəlif dövrlərində Yasamal rayonuna səfərlərini əks etdirən foto-sərgi, zəngin və çoxşaxəli irsindən bəhs edən kitablar nümayiş olunub.

Mərkəzin əməkdaşları tərəfindən məktəblilərə sərgidə nümayiş olunan eksponatlar haqqında geniş məlumat verilib.

Foto və kitab sərgisi məktəblilər tərəfindən böyük maraqla qarşılanıb.

Baxış sayı: 64