Noyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Şanlı Zəfərin 5-ci ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir və miniatür sənətinin incəliklərini əks etdirən “Kölgəsiz dünya” adlı sənədli filmin təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri iştirak ediblər.
Tədbirdə çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova bildirib ki, bu gün Azərbaycan xalqının qüdrətinin, birliyinin və sarsılmaz iradəsinin rəmzinə çevrilmiş Şanlı Zəfərin 5 illiyi münasibətilə ədəbi-bədii tədbir təşkil olunub. O, həmçinin türk incəsənətinin ən zərif sahələrindən biri olan miniatür sənətinə həsr olunmuş "Kölgəsiz dünya" sənədli filminin önəmindən danışıb: “Türk Mədəniyyəti və İrsi Fondu üçün miniatür sənətinin yaşadılması, öyrənilməsi və tanıdılması, Türk dünyasının ümumi mədəni irsinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Miniatürlər tarixi dövrlərin canlı əksi, rəngin, xəttin və obrazın sözsüz danışdığı vizual poeziyadır. Bu filmin ərsəyə gəlməsində Fondun birinci prezidenti olmuş, Milli Məclisin deputatı Günay Əfəndiyevanın rolu xüsusi qeyd olunmalıdır”.
Sonra tədbirdə müxtəlif musiqi və bədii çıxışlardan ibarət proqram təqdim olunub. Əməkdar artist Bəyimxanım Vəliyeva “Xudayar təsnifi”ni, gənc müğənni Xasay Şıxıyev “Ey vətən” mahnısını, tanınmış xanəndə Ayşən Mehdiyeva isə “Qarabağ” şərqisini ifa ediblər. Ramiz Qusarçaylının “Azərbaycan bayrağı” şeirini isə aktyor Tural Əhməd səsləndirib. Həmçinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəqs qrupunun çıxışı nümayiş olunub.
Bakı Dövlət Universitetinin Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri professor Rəbiyyət Aslanova çıxışında Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən hazırlanmış “Kölgəsiz dünya” sənədli filminin əhəmiyyətindən bəhs edib. O bildirib ki, bu film miniatür sənətini geniş auditoriyaya tanıtmaqla yanaşı, Azərbaycan mədəni irsinin zənginliyini və estetik dəyərini göstərən vacib layihədir. O qeyd edib ki, film vasitəsilə həm gənc nəsillər, həm də geniş ictimaiyyət miniatür sənətinin incəliklərini daha dərindən anlaya və qiymətləndirə bilər.
Rəbiyyət Aslanovanın sözlərinə görə, bu sənət yalnız vizual gözəllikdən ibarət deyil, həm də dərin mənəvi və tarixi mesajlar daşıyır. Hər kəs miniatürü fərqli şəkildə qavrayır, onu öz baxış bucağı, təcrübəsi və duyğuları ilə mənalandırır. Beləliklə, miniatür həm fərdi təcrübənin, həm də kollektiv mədəni irsin əks olunmasına xidmət edən unikal sənət formasıdır.
Daha sonra miniatür sənətinə həsr olunmuş “Kölgəsiz dünya” adlı sənədli film nümayiş edilib. Filmin çəkilməsində məqsəd miniatür sənətinin incəliklərini geniş kütləyə çatdırmaq, bu unikal sənət forması vasitəsilə tarixi və mədəni dəyərləri izah etməkdir.
Filmin müəllifləri “Artel” şirkətinin art direktorları Cəmilə Həşimova və Afaq Məmmədovadır.
44 günlük Vətən müharibəsində qazanılmış Şanlı Qələbənin beşinci ildönümünə həsr olunmuş bu tədbirdə Türk Mədəniyyəti və İrsi Fondu tarixi günü qeyd edərək Vətən müharibəsində həyatını itirmiş qəhrəmanlarımızı və qazilərimizi dərin ehtiramla anır.






- 16:22 Məktəblərarası KVN üzrə “Yeni Nəsil Kuboku” keçirilib
- 13:19 Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi keçirilib
- 23:32 “Kiçik əllərin böyük musiqisi” adlı hesabat konserti keçirilib
- 15:46 “Səslərin izi ilə” adlı hesabat konserti keçirilib
- 10:00 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi məktəbinin hesabat konserti baş tutub
- 23:03 “Səma” rəqs qrupunun “Musiqili Bakı” adlı konsert proqramı keçirilib
- 10:05 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin hesabat konserti baş tutub
- 11:06 Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” keçiriləcək
- 17:11 “İnsan hüquqları və azadlıqları” mövzusunda görüş keçirilib
- 17:05 “Milli Qurtuluş: Dövlətçiliyimizin dönüş nöqtəsi” adlı dəyirmi masa keçirilib
- 14:14 Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti təşkil olunub
- 14:04 Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 22:29 “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı konsert proqramı təşkil edilib.
- 18:46 “Zəfərə aparan işıq” adlı hesabat konserti keçirilib
- 14:44 "65 illik bir tarix" adlı hesabat konserti keçirilib
- 23:47 “Bir axşamın sehirli səsləri” adlı hesabat konserti keçirilib
- 23:25 36 nömrəli Uşaq Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 23:14 “Zamanı incəsənətə çevirən 45 il” adlı hesabat konserti keçirilib
- 13:51 “Notlarda yaşayan tarix” adlı hesabat konserti keçirilib
- 13:39 G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş hesabat konserti keçirilib
- 13:22 Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 13:08 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 17:17 "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə konsert keçirilib
- 12:03 1 İyun-Uşaqlar günü qeyd olunub
- 07:48 “Balaca ürəklərin musiqisi” adlı hesabat konserti keçirilib
- 23:57 "Uşaqlar və gənclər bizim gələcəyimiz , ümidimizdir" adlı hesabat konserti keçirilib
- 23:41 33 nömrəli Uşaq Musiqi Məktəbinin "Müstəqillik sədaları" adlı hesabat konserti keçirilib
- 23:01 Baş İdarə Müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirib
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib