Ramiz Qəvvam oğlu Novruz 25 may 1955-ci ildə Biləsuvar rayonunun Səmədabad qəsəbəsində anadan olub.
1974-cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rejissor Adil İsgəndərovun rəhbərlik etdiyi kursda dörd il təhsil alaraq oranı 1978-ci ildə bitirib. Təyinatla H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib. Gənc aktyor burada Knyaz Zvezdiç ("Maskarad", M.Lermontov), Məsxərəçi ("Muradın kələkləri", T.Kazımov), General Şıxlinski ("Bütün Şərq bilsin", N.Həsənzadə) rollarını ifa edib.
O, 1981-ci ildə Akademik Milli Dram Teatrının truppasına qəbul olunub. Elə ilk günlərdən kollektivdə hazırlanan tamaşalarda ona irihəcmli və mürəkkəb xarakterli rollar tapşırılıb.
İlk böyük rolu rejissor Əşrəf Quliyevin tamaşaya qoyduğu A. Safronovun "Gecənin sirri" tamaşasında polkovnik Lebedev (1981) olub. Mayor Edmund, Məhəmməd Suvarlı, ("Şeyx Xiyabani", "Sevgililərin cəhənnəmdə vüsalı", İ.Əfəndiyev), Seyton, Edmund ("Maqbet", "Kral Lir", V.Şekspir), Kreon ("Medeya", J.Anuy), İbn Yəmin ("İblis", H.Cavid), Loğman. Laçın ("Fəryad", "Hara gedir bu dünya?", B.Vahabzadə), Fərhad ("Sənsiz", Ş.Qurbanov), Baş redaktor ("Mənim sevimli dəlim", Elçin), Pompey ("Pompeyin Qafqaz yürüşü", N.Həsənzadə), müəllifi olduğu "Hələ "sevirəm" deməmişdilər…" pyesində Andranik və Nostradamus, Ələs bəy ("Dirilən adam", Mir Cəlal), Qaçaq Süleyman ("Ölüləri qəbiristanlıqda basdırın", İ.Şıxlı), Murad ("Xəcalət", H.Mirələmov) obrazlarına səhnə həyatı verib.
Saqarelinin "Xanuma" tamaşasında Knyaz (rej. M.Mikayılov), Sartrın "Dəfn olunmayan ölülər" tamaşasında Anri (rej. Mehriban Ələkbərzadə), Dürremantın "Yaşlı xanımın gəlişi" əsərində (rej. R. Almuradlı) Alfred və İl, G.Ömərovun rejissoru olduğu Yunus Oğuzun "Nadir Şah" əsərində Nadir Şah, M.Mikayılovun tamaşaya qoyduğu "Müfəttiş" əsərində Bələdiyyə rəisi, Müfəttiş, Azər Paşa Nemətovun tamaşaya qoyduğu "Boy çiçəyi" əsərində Həzənzadə rollarını uğurla ifa edib.
R.Novruzun yaradıcılığının bir qolunu kino fəaliyyəti təşkil edir. İstedadlı aktyor "Sizi dünyalar qədər sevirdim" filmində general Həzi Aslanov, "Cavad xan" filmində general Sisyanov və s. rollara çəkilib. R.İsmayılovun "Alman klinikasına qeyri-rəsmi səfər" (1988-89) əsərində Baba Əliyev, Yavər Rzayevin "Sarı gəlin" əsərində Rasim, Ramiz Həsənoğlunun "Cavid ömrü" filmində Mir Cəfər Bağırov obrazlarını uğurla canlandırıb. Rusiyanın RTR kanalında Vadim Ostrovskinin çəkdiyi 4 seriyalı "Sui-qəsd" (Покушение) filmində əsas rollardan birini - çeçen komandiri rolu, Samir Kərimoğlunun "Şər qarışanda" filmində Fərrux rolu da Xalq artistinin uğurlu rolları siyahısındadır. Bundan başqa R.Novruz Rövşən İsaxın "Pərvanələrin rəqsi" və "Sonuncu fəsil" seriallarında Hikmət Bədirli və Xanlar obrazlarını uğurla canlandırıb. Rejissor A.Zamanlının S.Behrənginin "Balaca qara balıq" hekayəsinə tamaşaya qoyduğu monotamaşanı da özünəməxsus tərzdə ifa edib. 5 il "Mən Azərbaycanlıyam" verilişinin uğurlu aparıcısı olub.
Aktyorun L.Tolstoyun "Kreyser sonatası" (Musiqi müəllimi), V.Şekspirin "Antonio və Kleopatra" (Antonio), Orxan Kamalın "Yad qızı" (Nihad) və s. ifaları da tamaşaçı rəğbətini qazanıb.
1996-cı ildə yazdığı "Hələ "sevirəm" deməmişdilər…" pyesi B.Osmanovun rejissorluğu ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 2002-ci ildə tamaşaya qoyulub. Bundan əlavə E. de Filipponun "Silindr" əsərini rus dilindən Azərbaycan dilinə tərcümə edib və rejissor kimi ugurla tamaşaya qoyub, həmçinin bu əsərdə Atilio rolunu oynayıb.
Ramiz Novruz bir çox beynəlxalq teatr festivallarında uğurla iştirak edərək mükafatlandırılıb.
Teatr sənətindəki xidmətlərinə görə Ramiz Novruz 1993-cü ildə "Azərbaycan Respublikasının Əməkdar artisti" və 1998-ci ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb.
Ramiz Novruz uzun müddət mədə xərçəngi xəstəliyindən əziyyət çəkirdi və 20 fevral 2023-cü il tarixində vəfat edib.
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib
- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
- 10:05 Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib
- 20:52 Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal “Qonağımız var” layihəsinin növbəti qonağı olub
- 09:39 Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib
- 21:25 Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
- 21:10 “Tarixin susmayan harayı: Xocalı” adlı tədbir keçirilib
- 18:03 Yubilyar mədəniyyət xadimləri nazirliyin Fəxri diplomu ilə təltif olunub
- 17:38 Millət vəkilləri və incəsənət xadimləri attestasiya prosesini müşahidə ediblər
- 17:11 2026/2027-ci tədris ili üzrə incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu elan olunur
- 16:58 “Sənin üçün” qısametrajlı bədii filminin nümayişi keçirilib
- 15:45 “Ögey ana” filmi nümayiş olunub
- 16:00 “Qızıl uçurum” filmi nümayiş olunub
- 16:35 Mədəniyyət naziri Adil Kərimli Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 11:40
- 12:06 Berlində Azərbaycan Kino Günləri keçirilib
- 09:05 Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib
- 09:22 Honq Konq Konservatoriyasında Azərbaycanın simfonik və populyar musiqisindən bəhs olunub
- 09:53 “İncəsənət Müəllimlərinin Qış Məktəbi” layihəsi həyata keçiriləcək
- 10:38 Əməkdar artist Cabir Abdullayev ilə görüş keçirilib
- 09:41 Ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti sərtləşdirən yeni qaydalar qüvvəyə minir
- 09:22 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Cavidan Babazadənin solo konserti keçirilib
- 11:43 Sevilən müğənni Leyla Rəhimli ilə görüş keçirilib
- 10:08 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı