XƏBƏRLƏR
MƏLUMAT
“Şəhidlər ölməz, Vətən bölünməz!” rubrikasında qəhrəman Fuad Xankişiyev
ÜMÜMİ XƏBƏRLƏR
12/04/2023 00:33

Şəhidimiz Xankişiyev Fuad Şöhrət oğlu 1996-cı il aprelin 12-də Mingəçevir şəhərində anadan olub. Mingəçevir şəhər Mehdi Hüseynzadə adına 3 saylı tam orta məktəbdə təhsil alıb, 5-ci sinifdə oxuyarkən idman ilə ciddi məşğul olub, 9-cu sinifdən isə Mingəçevir şəhər turizm kollecinə daxil olaraq bədən tərbiyəsi fakültəsini bitirib. 

Kolleci bitirdikdən sonra hərbi xidmətə yollanan Fuad Tovuz rayonunda kəşfiyyatçı kimi hərbi vəzifəsini yerinə yetirib. Həmçinin, xüsusi əl qabiliyyəti olan Fuad hərbidən qayıtdıqdan sonra dizayn, dekor işləri ilə də məşğul olub. Vətən müharibəsinə isə oktyabr ayının 5-də səfərbərliklə yollanıb.

Müharibə başladığı ilk gündən Fuad “Bu artıq qeyrət məsələsidir” deyərək Şəhidlik zirvəsinə ucalmağı bir amala çevirib. Füzuli, Xocavənd rayonlarının azad olunmasında iştirak etmiş Xankişiyev Fuad Şöhrət oğlu noyabrın 3-də Şuşa yaxınlığında, Daşaltıdan Xocalı rayonunun Çanaqçı kəndinə gedən istiqamətdə döyüş zamanı snayper gülləsinə tuş gələrək Vətən uğrunda qəhrəmancasına Şəhid olub. 

Qeyd edək ki, Şəhidimiz Xankişiyev Fuad Şöhrət oğlu Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə "Vətən uğrunda", “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Baxış sayı: 411