XƏBƏRLƏR
MƏLUMAT
“Milli Qurtuluşdan Böyük Zəfərə” mövzusunda dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
13/06/2025 12:14

İyunun 12-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluşdan Böyük Zəfərə” mövzusunda dəyirmi masa keçirilib.

Qaradağ rayon Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə rəsmilər, mədəniyyət işçiləri, Vətən müharibəsi iştirakçıları, şəhid ailələrinin üzvləri, qazilər, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə iştirakçılar Ulu Öndər Heydər Əliyevin Mərkəzin qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq dahi liderin xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlanıb.

Daha sonra “Qurtuluşdan Zəfərə” adlı videoçarx nümayiş olunub.

Çıxış edənlər Milli Qurtuluş Gününün dövlətçilik tariximizə dönüş nöqtəsi kimi daxil olduğunu vurğulayıblar. Bildiriblər ki, Ulu Öndərin həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində müstəqilliyimiz dönməz xarakter alıb, hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu yolunda əhəmiyyətli addımlar atılıb. Bu siyasət bu gün də Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən böyük inam və qətiyyətlə davam etdirilir.

Tədbirin sonunda  Əməkdar jurnalist Etibar Babayev müəllifi olduğu “Xatirələr işığında Heydər Əliyev” adlı kitabı haqqında ətraflı məlumat verib və  kitabın bir nüsxəsini Mərkəzə hədiyyə edib.

Baxış sayı: 52