XƏBƏRLƏR
MƏLUMAT
15 iyun-Milli Qurtuluş Günü münasibətilə konsert proqramı təşkil olunub
ÜMÜMİ XƏBƏRLƏR
14/06/2025 12:36

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Xətai rayon İcra Hakimiyyəti və YAP Xətai rayon Təşkilatının birgə təşkilatçılığı ilə 15 iyun-Milli Qurtuluş Günü münasibətilə konsert proqramı təşkil olunub.

Xətai rayon Heydər Əliyev parkında keçirilən konsertdə Milli Məclisin deputatları, rəsmilər, Vətən Müharibəsi Qəhrəmanları, şəhid ailələri, qazilər , Milli Müdafiə Universitetinin kursantları, ziyalılar və sakinlər iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti haqqında danışılıb.Vurğulanıb ki, ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf strategiyası məhz Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Bugünkü Azərbaycan Ulu Öndərin görmək istədiyi Azərbaycandır.

Daha sonra tanınmış mədəniyyət və incəsənət xadimlərinin vətənpərvərlik mövzularındakı ifaları ilə konsert proqramı təqdim edilib.

 

Baxış sayı: 45