XƏBƏRLƏR
MƏLUMAT
“Sevimli şair Zəlimxan Yaqub” başlığı altında virtual sərgi təşkil edilib
ÜMÜMİ XƏBƏRLƏR
21/01/2022 05:28

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 5 nömrəli filialıXalq şairiZəlimxan Yaqubun doğum günü münasibətilə “Sevimli şair Zəlimxan Yaqub” başlığı altında virtual sərgi təşkil edib.

Sərgi zamanı tanınmış şair haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycanın Xalq şairi, ictimai xadimi Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Borçalının Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub. O, 1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib.

İlk şeiri 1966-cı il oktyabrın 4-də, Gürcüstan SSR Bolnisi rayon qəzeti "Qələbə bayrağı"nda dərc edilib.

Müasir Azərbaycan poeziyasında öz dəsti-xətti ilə seçilən tanınmış şair Zəlimxan Yaqub xalq yaradıcılığının bədii texnologiyasından ustalıqla bəhrələnərək, ədəbiyyatımızda irsilik ənənələrini sədaqətlə davam etdirir.

Xalqın mübarizə ruhunun, milli təəssübkeşlik və vətənpərvərlik hisslərinin ictimai estetik düşüncəyə uyğun bədii-emosional ifadəsi şairin əsərlərini səciyyələndirən əsas cəhətlərdən biridir.

Aşağıdakı keçidə daxil olaraq virtual sərgilə tanış ola bilərsiniz:

https://www.instagram.com/tv/CY_PkYbBjtyG1-dM6VAJiP_RcemIronAOuXSoY0/?utm_medium=copy_link

Baxış sayı: 114