XƏBƏRLƏR
MƏLUMAT
Sadıq Bəy Ağabəyzadə haqqında məlumat təqdim edilib
ÜMÜMİ XƏBƏRLƏR
30/08/2021 02:14

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı azərbaycanlı general-mayor, şərqşünas alim, Azərbaycan polisinin qurucusu və islahatçısı, Azərbaycan Demokratik Respublikasının Daxili işlər nazirinin müavini Sadıq Bəy Ağabəyzadə haqqında sosial şəbəkə hesabında məlumat təqdim edib.

Sadıq bəy Ağabəyzadə AXC dövründə Azərbaycanın 21 döyüş generallarından biri olub, daxili işlər nazirinin müavini vəzifəsini icra edib. Orqanlarda çalışdığı az müddət ərzində o, polis işçi rütbələrinin təsnifat sistemini işləyib hazırlayıb. General-mayor M. S. Ağabəyzadə Azərbaycan milli müstəqil polisinin təşəkkülü və inkişafında, polis sisteminin hüquqi bazasının hazırlanmasında yorulmadan xidmət gös­tərib, Azərbaycan Cümhuriyyəti polisində islahatlar konsepsiyasını hazırlayıb.

General-mayor M. S.Ağabəyzadənin təşkilatçılığı ilə Bakıda İçərişəhərdə polis məmurları hazırlayan (qorodovoy) məktəb açılıb.

Nazir müavini işlədiyi vaxtda Məhəmməd Sadıq bəy daxili işlər orqanlarının təşkil edilməsində böyük fəallıq göstərib, ölkə daxilində nizam-intizam, qayda-qanun yaradılmasında, daxili işlər orqanları strukturunun formalaşdırılmasında, kabinetin fəaliyyətinin təşkilində yaxından iştirak edib.

Məlumatla aşağıdakı keçiddən tanış ola bilərsiniz:

https://www.instagram.com/p/CS-HI_8sPz9/?utm_medium=copy_link

Baxış sayı: 330