XƏBƏRLƏR
MƏLUMAT
“Əfsanə qayıdır” filmi nümayiş olunub
ÜMÜMİ XƏBƏRLƏR
12/07/2025 12:54

İyulun 11-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Xətai rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Kino həftəsi" çərçivəsində “Əfsanə qayıdır” filmi nümayiş olunub.

Xətai rayon Heydər Əliyev parkında təşkil edilən filmin nümayişində fəxri qonaq qismində Xalq artisti Rasim Balayev, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri, rayon sakinləri iştirak ediblər.

Filmin ssenari müəllifi Fariz Əliyev, rejissoru isə Emil Abdullayevdir.

Komediya janrında olan “Əfsanə qayıdır” filmində rolları Əməkdar artistlər Dilarə Əliyeva, Elxan Yunis aktyorlar Fərda Amin, Nicat Rəhimov və aktrisa Ülfət Bəşir canlandırırlar.

Film izləyicilər tərəfindən maraqla qarşılanıb.

Baxış sayı: 28