XƏBƏRLƏR
MƏLUMAT
Qurama sənətinə aid sənədli film çəkilib
ÜMÜMİ XƏBƏRLƏR
06/09/2022 01:15

Azərbaycanın dekorativ sənət mədəniyyətində özünəməxsus yer tutan zəngin və rəngarəng, həndəsi ornamentli naxışların üstünlük təşkil etdiyi bədiitikmə növü sayılan qurama sənətinə həsr edilmiş sənədli film çəkilib.

APA xəbər verir ki, film “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı Şəhəri İcra Hakimiyyəti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən Milli Qurama Festivalı çərçivəsində çəkilib.

Filmin rejissoru incəsənət xadimi, rejissor Ülviyyə Könüldür.

Baxış sayı: 142