Sevil Qazıyeva 1940-cı il iyunun 1-də Zaqatala rayonunda anadan olub. Atası müharibədən qayıdandan sonra necə yaralandığını, tibb bacılarının döyüşçülərin yaralarını necə sarıdığını danışanda Sevildə həkim olmaq həvəsi yaranıb. 1958-ci ildə orta məktəbi bitirən Sevil sənədlərini indiki Azərbaycan Dövlət Tibb Universitetinə versə də, müsabiqədən keçə bilmir. Bir gün qarşısına qızlar üçün sənət məktəbi açıldığı barədə elan çıxır. Bundan sonra Sevil həmin məktəbin “Poliqrafiya” ixtisasında təhsil alır. Özbək qızı Tursunoy Axunovanın maşınla pambıq yığımında göstərdiyi hünər barədə oxuduğu məqalə onun həyatını birdəfəlik dəyişir. O, sürücü mexanik olmağa qərar verir.
Özbək qızının “Qızlar, sükan arxasına!” hərəkatına ilk səs verənlərdən biri Sevil Qazıyeva olub. Üç rəfiqə-Məmləkət, Solmaz və Diləfruz Sevilə qoşulub, Mərkəzi Komitəyə gedib. Onların “Niyə azərbaycanlı qız maşınla pambıq yığmasın?” tələbi nəzərə alınıb. Bir müddət sonra Binədəki kənd təsərrüfatını mexanikləşdirmə məktəbində sürücü-mexanik hazırlayan kurs açılıb. Kursa ilk yazılanlar da bu rəfiqələr olub. Onların ardınca 58 qız məktəbə sənəd verib. Sevil Qazıyeva Binədəki kənd təsərrüfatını mexanikləşdirmə məktəbini bitirəndən sonra könüllü şəkildə Beyləqan rayonuna işləməyə gedib. İstehsalat təcrübəsi zamanı Sevil maşınla 97 ton pambıq yığıb. Təcrübəsi olmayan bir qız üçün bu, yaxşı göstərici idi. Bu qələbə təkcə maşınla yığımın müvəffəqiyyəti yox, həm də “maşın qız işi deyil” deyənlərin üzərində qələbə olub.
Sevil qızlar klubu açıb, gənc xanımları özfəaliyyət dərnəyinə toplayıb. 1961-ci ildə Özbəkistanda sovet pambıqçılarının toplantısında Azərbaycan nümayəndə heyətinin tərkibində Sevil Qazıyeva da iştirak edib. Sevil Özbəkistanda olarkən məşhur sovet pambıqçısı Tursunoy Axunovanın iş təcrübəsi ilə yaxından tanış olur. O, Daşkənddən qayıtdıqdan sonra Beyləqanda Axunova kimi kompleks-briqada yaradıb və həmin briqadaya başçılıq edib. 1962-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun mexanizasiya fakültəsinə daxil olan Sevil Qazıyeva işləyə-işləyə həm də qiyabi təhsil alıb. Qısa müddət ərzində Azərbaycanın adlı-sanlı pambıqçılarından birinə çevrilən Sevil Qazıyeva 1962-ci ildə öz maşını ilə 190 ton pambıq yığıb. Daha sonra o “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilib.
Sevil əmək cəbhəsində Sərdar İmrəliyevlə yarışıb. Hər ikisi “Əməkdar mexanizator” adını alıb, birgə kompleks pambıqçılıq briqadası yaradıb. Pambığı özləri əkib, becərib, özləri də yığıb.
Sevil xanım 1963-cü ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. Deputat seçilməsi Sevilin qayğılarını daha da artırıb. O, eyni vaxtda həm başçılıq etdiyi briqadanın işlərinə nəzarət edib, həm də seçicilərinin problemləri ilə məşğul olub. Tələbə-deputat boş vaxtlarında isə imtahanlara hazırlaşıb. Onun çağırışı ilə 600 nəfərdən çox qız mexanizator peşəsini seçib.
Onun böyük planları arzuları, olub. Lakin 1963-cü il sentyabrın 27-də Sevil Qazıyeva ömrünün bahar çağında, faciəli şəkildə vəfat edib. Bir gün axşamüstü,sahələrdən dəstə-dəstə qayıdan pambıqçılardan yarışdığı briqadirin ondan bir bunker çox pambıq yığdığını öyrənən Sevil yenidən tarlaya qayıdıb. Amma onun ölümü haqqında yayılan xəbər hamını sarsıdır. Kənd camaatı gözlərinə inana bilmir: O, idarə etdiyi kombaynın çarxlarını təmizləmək üçün əyiləndə motoru söndürməyi unutduğundan saçları çarxlara ilişib. Maşın onun başının dərisini tamam qoparıb. Həmişə sevərək oxşadığı saçları Sevili ölümə sürükləyib. Sevilin qatili hörükləri olub.
Ölümündən 3 il sonra Sevil Qazıyevaya Sosialist Əməyi Qəhrəmanı adı verilib. Yaşadığı ev 1986-cı ildə muzeyə çevrilib. Sevil Qazıyeva cəmi 23 il ömür yaşasa da, Azərbaycan tarixinə adını qızıl hərflərlə yazdırıb.
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib
- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
- 10:05 Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib
- 20:52 Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal “Qonağımız var” layihəsinin növbəti qonağı olub
- 09:39 Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib
- 21:25 Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
- 21:10 “Tarixin susmayan harayı: Xocalı” adlı tədbir keçirilib
- 18:03 Yubilyar mədəniyyət xadimləri nazirliyin Fəxri diplomu ilə təltif olunub
- 17:38 Millət vəkilləri və incəsənət xadimləri attestasiya prosesini müşahidə ediblər
- 17:11 2026/2027-ci tədris ili üzrə incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu elan olunur
- 16:58 “Sənin üçün” qısametrajlı bədii filminin nümayişi keçirilib
- 15:45 “Ögey ana” filmi nümayiş olunub
- 16:00 “Qızıl uçurum” filmi nümayiş olunub
- 16:35 Mədəniyyət naziri Adil Kərimli Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 11:40
- 12:06 Berlində Azərbaycan Kino Günləri keçirilib
- 09:05 Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib
- 09:22 Honq Konq Konservatoriyasında Azərbaycanın simfonik və populyar musiqisindən bəhs olunub
- 09:53 “İncəsənət Müəllimlərinin Qış Məktəbi” layihəsi həyata keçiriləcək
- 10:38 Əməkdar artist Cabir Abdullayev ilə görüş keçirilib
- 09:41 Ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti sərtləşdirən yeni qaydalar qüvvəyə minir
- 09:22 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Cavidan Babazadənin solo konserti keçirilib
- 11:43 Sevilən müğənni Leyla Rəhimli ilə görüş keçirilib
- 10:08 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı