XƏBƏRLƏR
MƏLUMAT
Qaradağ rayon Heydər Əliyev Mərkəzində “Bir qalanın sirri” filmi nümayiş olunub
ÜMÜMİ XƏBƏRLƏR
07/10/2022 02:06

Oktyabrın 6-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Qaradağ rayon Heydər Əliyev Mərkəzində “Bir qalanın sirri” filmi nümayiş olunub. İlk öncə film haqqında 288 nömrəli tam orta məktəbin 2a, 3ç sinif şagird və müəllimlərinə ətraflı məlumat verilib.

Qeyd olunub ki, “Bir qalanın sirri”  tammetrajlı bədii filmi rejissor Əlisəttar Atakişiyev tərəfindən 1959-cu ildə ekranlaşdırılıb. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilib. Film-nağılda xalqın əlindən torpağını və suyunu almış amansız və qəddar hökmdara qarşı kasıb, lakin namuslu və qeyrətli insanların mübarizəsindən danışılır. Əsas rolları Gündüz Abbasov, Tamara Kokova, Məmmədrza Şeyxzamanov, Əli Qurbanov, Andrey Fayt və Əli Zeynalov ifa ediblər.

Film-nağılda xalqın əlindən torpağını və suyunu almış amansız və qəddar hökmdara qarşı kasıb, lakin namuslu və qeyrətli insanların mübarizəsindən danışılır. Alim-həkim Eldostu (Məmmədrza Şeyxzamanov), onun sədaqətli və sevimli şagirdi Mətanət (Tamara Kokova), igid və cəsur gənc usta Elşən (Gündüz Abbasov), Kamran baba (Əli Qurbanov) bu mübarizənin önündə gedirlər.

Filmdə göstərilir ki, el gücü və xalqın birliyi, elmlə gücün birliyi şər üzərində zəfər çalır, minlərlə adama  sevinc, xoşbəxtlik bəxş edir.

 

Baxış sayı: 76107