XƏBƏRLƏR
MƏLUMAT
Milli Kitabxanada “20 Noyabr - Ağdam Şəhəri Günü” adlı kitab sərgisi açılıb
ÜMÜMİ XƏBƏRLƏR
20/11/2025 12:15

Milli Kitabxanada “20 Noyabr - Ağdam Şəhəri Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə rəsmi sənədlər, fotoşəkillər, Ağdamda aparılan geniş quruculuq və yenidənqurma işləri, Böyük Qayıdışın yüksək səviyyədə təmin olunması, Vətən müharibəsi və Böyük Zəfəri əks etdirən kitablar, məqalələr və digər materiallar Azərbaycan və xarici dillərdə nümayiş olunur.

Virtual sərgi ilə linkindən istifadə edərək tanış olmaq mümkündür.

Ənənəvi sərgidə isə Ağdam şəhərinin tarixi, toponimləri, işğalı zamanı dağıdılmış və viran edilmiş tarixi əhəmiyyət daşıyan maddi-mədəniyyət abidələri, Vətən müharibəsi və şanlı Qələbə, Ağdam rayonunun bərpası və dövlətimizin başçısının həmin bölgəyə səfərləri, tarix yazan qəhrəmanlar haqqında Azərbaycan və müxtəlif dillərdə kitablar nümayiş olunur.

Baxış sayı: 19