XƏBƏRLƏR
MƏLUMAT
“Mənim adım Neftdir” filmi beynəlxalq festivalın əsas mükafatını qazanıb
ÜMÜMİ XƏBƏRLƏR
21/11/2025 09:34

“Mənim adım Neftdir” adlı qısametrajlı sənədli film Tehran Beynəlxalq Qısametrajlı Film Festivalının əsas mükafatını qazanıb.

AZƏRTAC xəbər verir ki, xronometrajı 14 dəqiqə olan filmin rejissoru və ssenari müəllifi İqor Smola, operatoru Alisa Tareliçeva, səs üzrə mütəxəssisləri Teymur Abdullayev və İqor Smoladır. Rollarda Mahir Əsədov, Kamran İbişov, Elşən Məmmədov, Əli Əliyev və Ramil Baxşalıyev yer alır. Prodüserlər İqor Smola, Qreqori Baqayev, Emil Nəcəfov, Vladimir Nadein və Duyğu Dəvəlidir.

Filmdə neft canlı bir varlıq kimi təsvir olunur və hekayə neft platformasında diqqətdən qaçan kiçik bir detalın yaratdığı partlayış təhlükəsi üzərində qurulub. Ekran işi sənaye proseslərində xırda səhvlərin nəticələrinə diqqət çəkir.

Ekran işi 2025-ci ildə Ultra Production (Azərbaycan) və Sinqapurun birgə istehsalı kimi hazırlanıb. Filmin dünya premyerası Sheffield DocFest festivalında keçirilib. Film, həmçinin bir çox festivallarda nümayiş olunub.

Qeyd edək ki, filmin distribusiya hüquqları “Gargantua Film Distribution”a (İtaliya) aiddir.

Baxış sayı: 16