XƏBƏRLƏR
MƏLUMAT
Koroğlu kababı
ÜMÜMİ XƏBƏRLƏR
01/10/2019 00:59

Koroğlu Azərbaycan xalqının ən sevimli dastan qəhrəmanlarından biridir. Xalqımızın igidliyi, mübarizliyi, vətənpərvərliyinin simvoluna çevrilən Koroğlunun adı verilmiş kababın hazırlanma qaydasını təqdim edirik.

Tərkibi:

can əti

quyruq

xırdalanmış qoz

zirinc

duz

istiot

Hazırlanma qaydası:

İlk öncə can ətini nazik tikəyə ayırın.

Üzərinə streyc keçirib qiyməkeşlə döyəcləyin.

Kənarda quyruğu da döyəcləyib ətin üzərini örtəcək qədər düzün. Duz və istiot vurun. Üzərinə xırdalanmış qoz səpin və zirinc əlavə edib rulet şəklində bükün. Streycə bükülmüş ət ruletini 3-4 saatlıq soyuducuya yerləşdirin. Soyuducudan götürdüyünüz ət ruletini dilimləyin və kabab şişlərinə keçirin. Koroğlu kababını manqalda közərmiş kömür üzərində bişirin.

Nuş olsun!

 

Baxış sayı: 51848