XƏBƏRLƏR
MƏLUMAT
Kitabxanaya “Xalqın danışan dili – Əli Tudə” adlı məqalə təqdim edilib
ÜMÜMİ XƏBƏRLƏR
31/01/2024 16:57

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının Fəxri oxucusu, AYB-nin və AJB-nin üzvü, tanınmış yazıçı-publisist, “Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Nüşabə Məmmədli kitabxanada həyata keçirilən “Yaradıcı oxucularımız” və “Yubileylər silsiləsi” layihələrinə görkəmli şair Əli Tudənin 100 illiyi ilə əlaqədar “Xalqın danışan dili – Əli Tudə” məqaləsini təqdim edib.

Yazıçı məqaləsində böyük şairimiz Əli Tudənin həyat və yaradıcılığına maraqlı ekskurs edir. “Mən nə gətirdim?”, “Sərhəd” şeirlərinin maraqlı təhlilini verir.

Qeyd edək ki, tanınmış şair Əli Tudənin 100 illiyi ilə əlaqədar Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasında və kitabxana filiallarında kitab sərgiləri də təşkil olunub.

Məqalə aşağıdakı keçiddə təqdim olunub:

https://drive.google.com/file/d/1narCiWPSwJty9vE2R1HcXSKhwq8_ZJAJ/view

Baxış sayı: 151