XƏBƏRLƏR
MƏLUMAT
“Heydər Əliyev – ölməz irs” adlı dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
10/12/2025 16:24

Dekabrın 10-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və YAP Qaradağ rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev – ölməz irs” adlı dəyirmi masa keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək onun əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.

Qaradağ rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi və Ulu Öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Dəyirmi masada rəsmilər, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Çıxışçılar qeyd ediblər ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətləri ölkəmizin dövlətçilik ənənələrinin möhkəmlənməsində müstəsna rol oynayıb. Onun uzaqgörən siyasəti müasir Azərbaycanın inkişaf yolunun əsasını təşkil edir. Ulu Öndərin zəngin siyasi irsi bugün də ölkəmizin tərəqqisinə xidmət edir.

Tədbir çərçivəsində “Heydər Əliyev – Milli inkişafın memarı” adlı videoçarx nümayiş olunub.

Bədii hissədə 139 nömrəli orta məktəbin şagirdləri Ulu Öndərə həsr olunmuş şeir kompozisiyasını təqdim ediblər.

Sonda tədbir iştirakçıları Mərkəzin foyesində təşkil olunmuş 7 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin əl işlərindən ibarət “Xatirələrdə yaşayan Lider” adlı sərgi və Heydər Əliyevin həyat və siyasi fəaliyyətinin əks olunduğu ekspozisiya zalı ilə tanış olublar.

Baxış sayı: 76