Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli bəstəkar, Azərbaycan və SSRİ Xalq artisti, akademik Arif Məlikovun anadan olmasının 90 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirildi.
AZƏRTAC xəbər verir ki, tədbirdə giriş sözü ilə Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova çıxış edərək Arif Məlikovun Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı müstəsna əhəmiyyətindən danışdı. O qeyd etdi ki, görkəmli bəstəkarımız Qara Qarayev məktəbinin layiqli davamçısı olan Arif Məlikovun yaradıcılığında xalqımızın tarixi, milli ənənələri, klassik poeziya nümunələri musiqinin müxtəlif janrlarında dolğun ifadə vasitələri ilə tərənnüm olunub. Arif Məlikovun zəngin yaradıcılıq irsinə 8 simfoniya, simfonik poemalar, orkestr süitaları, vokal-simfonik, kamera-instrumental əsərləri, kino və dram tamaşalarına yazılmış musiqi və s. daxildir. Bu əsərlər içərisində bəstəkarın dünyanın müxtəlif səhnələrində tamaşaya qoyulan “Məhəbbət əfsanəsi” baleti tutur.
Arif Məlikovun yaradıcılığında onun pedaqoji və ictimai fəaliyyəti də xüsusi qeyd olunmalıdır. Çünki o uzun illər Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) kafedra müdiri olaraq musiqi mədəniyyətimizin inkişafına xidmət edib.
Konfransda Arif Məlikovun tələbələri olan bəstəkarların, musiqişünasların maraqlı məruzələri dinlənilib. Musiqişünas, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor İmruz Əfəndiyeva “Xatirələrdə yaşayan böyük bəstəkar və musiqi ictimai xadim”, Əməkdar müəllim, bəstəkar Lalə Cəfərova “Arif Məlikovun balet yaradıcılığı”, bəstəkar, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Pikə Axundova “Arif Məlikovun simfonik musiqisi”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aytən İbrahimova “Arif Məlikovun kamera-vokal əsərləri”, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Arzu Məmmədova “Arif Məlikov haqqında xatirələrim” adlı məruzələrlə çıxış ediblər.
Tədbirin musiqi hissəsində bəstəkarın kamera əsərləri səsləndi. Proqrama Nazim Hikmətin sözlərinə yazılmış vokal silsilədən 5 romans (Əməkdar artist Nərgiz Kərimova – soprano, konsertmeyster – Svetlana Əhmədova), fleyta və fortepiano üçün “Konsertino” (Beynəlxalq müsabiqə laureatı Nərgiz Əliyeva – fleyta, Zərif Kərimova - fortepiano), “Məhəbbət əfsanəsi” baletindən “Qızların rəqsi” kanon və fortepiano üçün işləmələri (Rəna Mirağayeva - kanon, Sevinc Kərimova- fortepiano) daxil idi.
Sonda Arif Məlikovun qardaşı qızı, Əməkdar artist, Ü.Hacıbəyli adına BMA-nın baş müəllimi Nigar Məlikova tədbirin təşkilinə görə Azərbaycan Bəstəkarlar İttifaqına dərin minnətdarlığını bildirib.




- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib
- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
- 10:05 Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib
- 20:52 Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal “Qonağımız var” layihəsinin növbəti qonağı olub
- 09:39 Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib
- 21:25 Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
- 21:10 “Tarixin susmayan harayı: Xocalı” adlı tədbir keçirilib
- 18:03 Yubilyar mədəniyyət xadimləri nazirliyin Fəxri diplomu ilə təltif olunub
- 17:38 Millət vəkilləri və incəsənət xadimləri attestasiya prosesini müşahidə ediblər
- 17:11 2026/2027-ci tədris ili üzrə incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu elan olunur
- 16:58 “Sənin üçün” qısametrajlı bədii filminin nümayişi keçirilib
- 15:45 “Ögey ana” filmi nümayiş olunub
- 16:00 “Qızıl uçurum” filmi nümayiş olunub
- 16:35 Mədəniyyət naziri Adil Kərimli Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 11:40
- 12:06 Berlində Azərbaycan Kino Günləri keçirilib
- 09:05 Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib
- 09:22 Honq Konq Konservatoriyasında Azərbaycanın simfonik və populyar musiqisindən bəhs olunub
- 09:53 “İncəsənət Müəllimlərinin Qış Məktəbi” layihəsi həyata keçiriləcək
- 10:38 Əməkdar artist Cabir Abdullayev ilə görüş keçirilib
- 09:41 Ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti sərtləşdirən yeni qaydalar qüvvəyə minir
- 09:22 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Cavidan Babazadənin solo konserti keçirilib
- 11:43 Sevilən müğənni Leyla Rəhimli ilə görüş keçirilib
- 10:08 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı