XƏBƏRLƏR
MƏLUMAT
Dadlı limonlu peçenye resepti
ÜMÜMİ XƏBƏRLƏR
02/09/2021 03:17

Bu peçenye çox asan və tez hazırlanır.Bu dadlı şirniyyata xüsusi dad verən isə limondur.Bu sitrus meyvəsi soyuqdəymə xəstəliklərinə qarşı əla profilaktik vasitə sayılır. Limon immunitet sistemini möhkəmləndirir, orqanizmin müqavimətini artırır. Təsadüfi deyil ki, soyuqdəyməyə qarşı bir sıra dərman preparatlarının tərkibində limon turşusu olur. Limonun müalicəvi keyfiyyəti onun antiseptik təsirində də özünü biruzə verir. Limon şirəsi yaranı bərpa edən və iltihab əleyhinə təsirə malikdir, eyni zamanda mikrobları öldürür.

Lazım olan məhsullar:

100 qram xama

100 qram kərə yağı

1ədəd yumurta

1 stəkan şəkər tozu

1/2 limon

1 çay qaşığı soda

 2,5 stəkan un

Hazırlanması:

Kərə yağı şəkərlə yaxşı qarışdırılır. Xama və yumurta əlavə edilir və yenidən yaxşı qarışdırılır. Limon qabığını sürtgəcin kiçik gözündən keçiririk və yağlı-xamalı kütləyə əlavə edirik.Limon şirəsini sıxırıq. Şirəyə soda tökürük, qarışdırırıq (soda köpüklənməlidir) və kütləyə əlavə edib yaxşı qarışdırırıq.Un əlavə edirik və xəmir yoğururuq (xəmir əllərə yapışmamalıdır). Unun xüsusiyyətlərindən asılı olaraq reseptdən göstərildiyindən daha az və ya daha çox un lazım ola bilər. Xəmiri plyonkaya büküb soyuducuda 1 saat ərzində saxlayırıq. Xəmiri yayırıq, xüsusi peçenye üçün olan formalarla fiqurlar kəsirik. Tavaya perqament kağızı səririk, peçenyeləri düzürük. Peçenyeni əvvəlcədən 180 dərəcəyə kimi qızdırılmış sobada 20-25 dəqiqə ərzində bişiririk.

Nuş olsun!

Baxış sayı: 1100