
Xəbər verdiyimiz kimi, 26-28 aprel tarixlərində Özbəkistanın Xivə şəhərində IV Beynəlxalq Baxşı Festivalı keçirilib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə festivalda ölkəmizi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Aşıq sənəti kafedrasının müəllimi Qəlbinur İbrahimli (saz), Pərviz Mirzəyev (balaban), Asim Quliyev (nağara) və Abuzər Şöyübovdan (qoşanağa) ibarət "Şirvan" sazçı folklor qrupu təmsil edib.
“Şirvan” qrupunun uğurlu çıxışı beynəlxalq münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək festivalın əsas mükafatına – Qran-priyə layiq görülüb.
Çıxışına ustadnamə ilə başlayan musiqi qrupu dörd aşıq havasını kompozisiya şəklində təqdim edib. Kollektivin ifasında aşıq sənətinin sinkretikliyini əks etdirən instrumental və vokal ifa, rəqs, eləcə də aktyorluq kimi xüsusiyyətlər yüksək səviyyədə nümayiş olunub. Azərbaycan aşıq sənətinin Şirvan mühiti ənənələrini yaşadan qrupun ifaları iştirakçılar tərəfindən də böyük maraqla qarşılanıb.
Beynəlxalq münsiflər heyətində ölkəmizdən Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Samirə Əliyeva (Aşıq Samirə) da yer alıb.
Aprelin 28-də IV Beynəlxalq Baxşı Festivalının bağlanışı və qaliblərin mükafatlandırılması mərasimi olub. "Şirvan" sazçı folklor qrupuna festivalın baş mükafatının simvolunu və diplomunu Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov təqdim edib. Xatırladaq ki, 40-dan çox ölkədən ifaçıların qatıldığı festival Özbəkistan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, UNESCO və ICESCO-nun himayəsi ilə gerçəkləşib. Festival çərçivəsində II Türk Dünyası Mədəniyyət Forumu və “Yeni Özbəkistanda baxşı sənəti: müasir tədqiqatlar və perspektivlər” adlı beynəlxalq elmi konfrans da keçirilib.




- 16:52 Qaradağ rayon Heydər Əliyev Mərkəzində dəyirmi masa keçirilib
- 16:12 “Sağlam həyat, sağlam gələcəkdir!” adlı tədbir keçirilib
- 15:02 Daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı genişləndirilib
- 14:14 Musiqi və incəsənət məktəblərinə şagird qəbulu
- 11:55 Özbəkistanda keçirilən IV Beynəlxalq Baxşı Festivalının Qran-pri mükafatını Azərbaycan qazandı
- 11:10 “Qayğıkeş ana-Zərifə Əliyeva” adlı tədbir keçirilib
- 10:55 Bu gün Beynəlxalq Rəqs Günüdür
- 10:52 Yasamal rayon Heydər Əliyev Mərkəzində “Əsl məhəbbət haqqında” sənədli film nümayiş olunub
- 10:16 Azərbaycanlı ifaçılar Özbəkistanda baxşı festivalında uğurla çıxış ediblər
- 09:55 “Elmi və Humanizmi birləşdirən fenomen Zərifə Əliyeva” adlı biblioqrafik yaddaş virtual oxuculara təqdim edilib
- 09:51 Azərbaycan Mədəniyyət Mərkəzi Türkiyənin Ulusal telekanalı ilə birgə televiziya verilişlərinə start verib
- 09:41 Bu gün SSRİ Xalq artisti Əjdər İbrahimovun anadan olmasının 106 ili tamam olur
- 09:39 Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub
- 09:34 “Bakı kainat boyunca” tamaşasının premyerası baş tutub
- 17:07 Akademik Zərifə Əliyevaya həsr olunmuş tədbir təşkil edilib
- 15:17 “Əsl məhəbbət haqqında” sənədli film nümayiş olunub
- 14:14 Özbəkistanın aparıcı kanallarında “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş verilişlər efirə gedib
- 11:41 “Ah, bu uzun sevda yolu” tamaşası nümayiş olunub
- 11:39 Gənclər Kitabxanasında akademik Zərifə Əliyevaya həsr olunmuş silsilə materiallar hazırlanıb
- 11:27 33 nömrəli Uşaq Musiqi Məktəbinin növbəti uğuru
- 11:20 Azərbaycanda "Baku Flames Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalı" keçiriləcək
- 11:18 Bu gün yazıçı Qılman İlkinin doğum günüdür
- 11:09 Müəllimlərin attestasiya nəticələrinə uyğun təlimlər başlayır
- 11:06 Qara Qarayev adına beynəlxalq müsabiqədə 250-dən çox gənc musiqisi iştirak edib
- 11:01 Azərbaycan incəsənət ustaları III Fuceyra Beynəlxalq Ud Forumunda iştirak edəcəklər
- 10:50 “Xatirələrdə yaşayan işıq” adlı tədbir keçirilib
- 10:46 Milli Kitabxanada “Akademik Zərifə Əliyeva” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub
- 10:17 Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 102 ili tamam olur
- 09:31 Xivə şəhərində IV Beynəlxalq Baxşı Festivalının açılışı olub
- 09:26 Berlində azərbaycanlı gənc musiqiçilərin konserti olub
- 09:22 Rabat Amerikan Məktəbində Mədəniyyət Günü Azərbaycan zəngin irsi ilə fərqlənib
- 09:17 Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə beynəlxalq elmi-praktiki konfrans keçirilib
- 17:16 Mərdəkan Mədəniyyət Sarayında estrada müğənnisi Kazım Canla görüş keçirilib
- 13:07 "Qonağımız var " layihəsinin növbəti qonağı Türk sənət musiqisinin tanınmış siması Müşərrəf Akay olub
- 17:30 “Əsl məhəbbət” bədii-sənədli filmi nümayiş olunub
- 16:35 Azərbaycan Dövlət Kukla Teatrı Ankarada çıxış edib
- 15:37 Milli İncəsənət Muzeyində Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə konsert keçirilib
- 15:34 Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərinə ilk dəfə birgə elektron qəbul
- 14:33 Milli Kitabxanada “Mikayıl Rəfili - 120” adlı kitab sərgisi açılıb
- 12:34 “Muğam” Televiziya Müsabiqəsi başlayır
- 10:59 Gənclər kitabxanası “Ədəbiyyatımızın Mir Cəlal zirvəsi” adlı elektron məlumat bazasını istifadəçilərə təqdim edib
- 10:33 “Mədəniyyətlərarası səyahət” adlı tədbir keçirilib
- 10:20 “Uzaq sahillərdə” filmi Berlində bərpa olunub
- 10:15 Şəhid Quluzadə Qurbanəlinin ailəsinə ziyarət təşkil edilib
- 10:06 “Səma” rəqs ansamblı 23 Aprel-Milli Suverenlik və Uşaq Bayramında iştirak edib
- 09:39 "Rənglər dünyası" adlı rəsm sərgisi nümayiş olunub
- 09:15 Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri böyük təntənə ilə başa çatıb
- 09:13 Rusiyanın Tula şəhərində rəssam Hədis Hacıyevin səhnə tərtibatında “Tartüf” tamaşası təqdim edilib
- 09:10 Mərakeşin paytaxtında “Əlifba” mədəni layihəsinin təqdimatı keçirilib
- 09:06 Bişkekdəki "Manas” teatrında Qədim Musiqi Alətləri Ansamblının konserti keçirilib
- 19:24 "Qonağımız var" layihəsi çərçivəsində Xalq yazıçısı Kamal Abdulla ilə görüş keçirilib
- 18:53 “Böyük ömrün anıları” adlı tədbir keçirilib
- 16:19 Aşıq Ələsgər irsinə həsr olunmuş tədbir: Qədim yurd yerlərimiz gündəmdə
- 14:49 Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi münasibətilə hazırlanmış “Hikmət mücrüsü” kitabının təqdimatı olub
- 14:47 Gənclər Kitabxanasında görkəmli alim Mikayıl Rəfiliyə həsr olunmuş virtual kitab sərgisi hazırlanıb
- 14:11 “Zərifə Əliyeva: elmin və nəcibliyin simvolu” adlı dəyirmi masa keçirilib
- 11:55 Azərbaycan Bəstəkarlar İttifaqında Milli Məclisin deputatı Aydın Mirzəzadə ilə görüş keçirilib
- 11:20 “Nəsildən-nəslə teatr” layihəsinin növbəti qonağı Nicat Kazımov olacaq
- 10:51 “Azərbaycan Konstitusiyası və Suverenlik İlinin əhəmiyyəti” mövzusunda dəyirmi masa keçirilib
- 10:19 “Azərbaycan Kino Günləri” təşkil olunacaq