Noyabrın 18-də görkəmli yazıçı-dramaturq, publisist, naşir, ictimai xadim Cəlil Məmmədquluzadənin (1869-1932) Bakıdakı ev-muzeyinin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.
Tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, yazıçının nəticəsi Martin Cavanşiri və onun oğlu Pşemislav Cavanşiri, elm, ədəbiyyat və mədəniyyət xadimləri iştirak ediblər.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov qonaqları salamlayıb, görkəmli ədibin ömür yolundan qısa söz açıb.
Mərasimdə çıxış edən Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Cəlil Məmməquluzadənin Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında özünəməxsus rolundan bəhs edib. Bildirdi ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, böyük ədibin 150 illik yubileyi ölkəmizdə və xaricdə müxtəlif tədbirlərlə qeyd olunur: “Bu gün biz Cəlil Məmmədquluzadənin yeni təmirdən çıxmış ev-muzeyinin açılışına yığışmışıq. Muzeyin təmiri Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən həyata keçirilib. Təmirdən sonra muzeydə yeni ekspozisiyalar yaradılıb”.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar vurğuladı ki, Cəlil Məmmədquluzadənin Bakıdakı ev-muzeyi ümummilli lider Heydər Əliyev Moskvaya gedəndən sonra baxımsız vəziyyətdə qalmışdı: “Mən də o vaxt bu barədə bir yazı yazmışdım. Heydər Əliyev ölkə rəhbərliyinə qayıdandan sonra muzeyə diqqət yenidən artırıldı. Bu muzeydə Cəlil Məmmədquluzadənin ömrünün ən ağrılı anları keçib. O, bu evdə övladlarını soyuqdan qorumaq üçün əlyazmalarını yandırıb. Həmidə xanım xatirələrində yazırdı ki, evimiz qızanda Mirzə Cəlil dedi ki, hə, indi uşaqlar rahat yata bilərlər. Mənə elə gəlir ki, bu ocaq tək onun övladlarını yox, bu gün bizi də isidir”.
AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək 68 illik fasilədən sonra Mirzə Cəlil nəslinin davamçılarının ilk dəfə vətənlərinə qayıtdıqlarını bildirdi: “Mirzə Cəlilin nəvələri İran, Polşa, Fransa və İrlandiyada yaşayır. Cəlil Məmmədquluzadənin nəticəsi və kötükcəsi hazırda bizimlədir. Onlar ulu babalarının evi ilə tanış olacaqlar. Cəlil Məmmədquluzadə ən böyük əsərlərini bu evdə yazıb. Bu evin ona verilməsində Azərbaycan xalqının böyük oğlu Nəriman Nərimanovun mühüm xidmətləri olub. Sovet rejimi yazıçını İrandan dəvət etsə də, ona bir il ərzində lazımi diqqət yetirilməyib. Evin birinci mərtəbəsi "Molla Nəsrəddin" mətbəəsi, ikinci mərtəbəsi isə mənzil kimi istifadə olunub. Azərbaycanın görkəmli ədibləri onunla görüşmək üçün bu məkana gəliblər”.
Daha sonra çıxış edən yazıçının nəticəsi Martin Cavanşiri Cəlil Məmmədquluzadəyə göstərilən diqqətə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib.
Sonda tədbir iştirakçıları ev-muzeylə yaxından tanış olublar.
Xatırladaq ki, C.Məmmədquluzadənin 1922-1932-ci illərdə yaşadığı mənzil Süleyman Tağızadə küçəsi 56-da (Köhnə Poçt küçəsi, 64) Azərbaycan hökumətinin 1978-ci ildə verdiyi qərarla ev-muzey kimi təşkil edilib. Muzeyin yerləşdiyi bina XIX əsrin axırları, XX əsrin əvvəllərinə aid tarixi memarlıq və mədəniyyət abidəsidir. Görkəmli ədibin ev-muzeyinin yeni ekspozisiyasının açılışı 1994-cü il dekabrın 28-də - anadan olmasının 125 illiyi ərəfəsində gerçəkləşib.
Sahəsi 185 kvadratmetr olan muzey 5 zaldan ibarətdir. Mədəniyyət ocağının əsas fondunda ədibin və digər mollanəsrəddinçilərin həyat və yaradıcılığını əks etdirən 5000-dən çox eksponat toplanıb.
- 12:36 15 iyun-Milli Qurtuluş Günü münasibətilə konsert proqramı təşkil olunub
- 11:13 Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbi hesabat konserti təqdim edib
- 16:43 “Xalqın himayədarı” adlı dəyirmi masa keçirilib
- 16:41 Xəzər rayon MKS-də gənc yazar Səbinə Bayramovanın kitab təqdimatı keçirilib
- 16:35 “Böyük xilaskarlıq qayıdışı” adlı tədbir keçirilib
- 15:58 G.Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti təqdim edib
- 15:03 Uşaq musiqi, incəsənət məktəb və mərkəzlərinə şagird qəbulu imtahanları başlayır
- 14:14 “Masal masal Türkiye” uşaq nağılları tətbiqində Azərbaycanla bağlı bölüm yaradılacaq
- 14:13 Gənclər Kitabxanasında Milli Qurtuluş Günü ilə əlaqədar kitab sərgiləri hazırlanıb
- 14:11 "Şah Abbas Namə" tamaşasının premyerasına son günlər
- 12:14 “Milli Qurtuluşdan Böyük Zəfərə” mövzusunda dəyirmi masa keçirilib
- 09:40 “Xalqımızın zəfər tarixi” adlı konsert proqramı təşkil olunub
- 09:37 34 nömrəli Uşaq Musiqi Məktəbi hesabat konserti keçirib
- 09:27 BDU-nun Mədəniyyət Hüququ üzrə magistrantlarına sertifikatlar təqdim olunub
- 09:24 İstanbulda Maqsud İbrahimbəyovun türk dilində nəşr olunmuş romanı ictimaiyyətə təqdim edilib
- 09:21 “Cıdır düzü” kitabının təqdimatı keçirilib
- 17:21 Yubilyar haqqında maraqlı kitab
- 15:37 Mədəniyyət naziri Adil Kərimli Göygöl rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 15:32 “Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” adlı layihəyə başlanılıb
- 14:22 Narkomaniya ilə mübarizə və onun fəsadlarına həsr olunmuş növbəti maarifləndirici tədbir keçirilib
- 12:41 Azərbaycan musiqisinin gənc siması dünya səhnəsində
- 11:29 Gənclər Kitabxanasında görkəmli rəssam Mirzə Qədim İrəvani haqqında materiallar hazırlanıb
- 11:12 “Üzeyir bəyin kiçik qonaqları” adlı konsert proqramı keçirilib
- 10:17 Xalq artisti Hacıbaba Bağırovun anadan olmasının 93 ili tamam olur
- 09:41 “Opera günləri” layihəsi çərçivəsində opera forumu keçirilib
- 09:13 Dirijor Fəxrəddin Kərimovun yubiley konserti keçiriləcək
- 17:41 “Heydər Əliyev irsinin təbliği” adlı elmi seminar keçiriləcək
- 17:19 “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda konfrans keçirilib
- 17:08 10 nömrəli Uşaq Musiqi Məktəbində hesabat konserti keçirilib
- 15:12 4 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 14:57 "Bəşəriyyətin bəlası-Narkomaniya"adlı tədbir keçirilib
- 14:25 Respublika Gənclər Kitabxanasında Fikrət Qocanın 90 illik yubileyinə həsr olunmuş biblioqrafik icmal hazırlanıb
- 14:23 İstanbulda Maqsud İbrahimbəyovun türk dilində nəşr olunmuş romanının təqdimatı keçiriləcək
- 12:43 “The Ashgabat Times”: Üzeyir Hacıbəylinin dahiliyi və onun “Arşın Mal Alan” əsəri Türkmənistanda çox sevilir
- 11:37 Dövlət Mahnı Teatrında Rəşid Behbudovun xatirə otağı yaradılıb
- 10:28 Bu gün SSRİ Xalq artisti Hökümə Qurbanovanın anadan olmasının 112 ili tamam olur
- 09:30 Türkiyədə Azərbaycan xoreoqrafının tamaşası keçirilib
- 09:27 Türkiyənin Millət Kitabxanasına Azərbaycana dair zəngin kitab kolleksiyası hədiyyə olunub
- 09:23 Azərbaycanlı ifaçı Sankt-Peterburqda festivalda çıxış edib
- 17:31 “Səhnə arxası-2: Yaradıcı düşün, biliklə yön ver” adlı intellektual oyunun qalibləri təşəkkürnamələr ilə təltif olunublar
- 16:46 “İRS” jurnalının alman dilində yeni nömrəsi işıq üzü görmüşdür
- 16:00 Ş.Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbinin hesabat konserti keçirilib
- 14:11 Alim Qasımov və Rain Sultanov Osloda festivalda çıxış ediblər
- 13:36 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti keçirib
- 12:14 Bu gün Əməkdar elm xadimi Məmməd Arif Dadaşzadənin anadan olmasının 121 ili tamam olur
- 09:54 Gənc Tamaşaçılar Teatrında “Solğun çiçəklər” tamaşasının premyerası keçirilib
- 09:19 Kuklaçılar “DEMMENİFEST - 2025”də iştirak edəcəklər
- 09:13 “1001 gecə” baleti Belarusun Akademik Böyük Teatrının səhnəsində
- 13:42 “Musiqili Bakı” layihəsi çərçivəsində Qurban bayramına həsr olunmuş konsert keçirilib
- 11:14 “Səhnə bizimdir” adlı konsert proqramı təqdim edilib
- 15:37 Rabatda “Azərbaycan Mərakeşli uşaqların gözü ilə” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
- 15:26 Bu gün Əməkdar artist Hamlet Xanızadənin anadan olmasının 84 ili tamam olur
- 14:56 “Heydər Əliyev və Azərbaycan” adlı layihə uğurla davam edir
- 14:37 Paytaxtda IV Bakı Piano Festivalı keçiriləcək
- 14:21 Respublika Gənclər Kitabxanasında Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar kitab sərgisi açılıb
- 11:50 Bu gün Xalq şairi Vaqif Səmədoğlunun anadan olmasının 86 ili tamam olur
- 11:24 K.Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbində hesabat konserti keçirilib
- 11:19 Azərbaycan Kinoşünaslar və Kinotənqidçilər Gildiyası ilk mükafatlarını təqdim edib
- 11:01 Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin istedadlı şagirdləri “Səsimiz bir” adlı layihədə yer alıblar
- 10:25 Görkəmli şair Mikayıl Müşfiqin anadan olmasının 117 ili tamam olur