XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Tofiq Şahverdiyevin doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
12/09/2022 00:46

Sovet və rus rejissoru, ssenarist və foto-rəssam, Rusiya Federasiyasının Əməkdar artisti  Tofiq Şahverdiyev 1938-ci ilin 12 sentyabrında Bakı şəhərində anadan olub, lakin Taqanroqda böyüyüb. Atası II Dünya müharibəsində vəfat edib.

O, 1960-cı ildə Taqanroq Radiotexnika İnstitutunu bitirib. Daha sonra Riqa və Minsk şəhərlərində zavodda mühəndis işləyib. 1964-cü ildə səs texniki kimi Riga kinostudiyasında işləməyə başlayıb.

Tofiq Şahvervdiyev 1971-ci ildə Kiyev Dövlət Teatr Sənəti İnstitutunun kino fakültəsini (Voytetskinin emalatxanasında) bitirib və üç il “Ekran” Yaradıcılıq Birliyində rejissor və ssenari müəllifi kimi çalışıb. O,1991-ci ilədək Qorki adına, “Lenfilm”, “Mosfilm” və “Videofilm” studiyalarda fəaliyyət göstərib. Sovet dövründə bədii filmlər çəkib, “Yeralaş” uşaq kinojurnalının bir necə seriyasının rejissoru olub.

1995-ci ildə Şahverdiyev “Səlibçi“ filmində epizodik rolda çəkilib. 2001-2003-cü illərdə “Uşaqlıq” adlı silsilədən bir neçə sənədli filmlər üzərində işləyib. İki il ərzində efirdə onun 6 filmi: “Doldurulmuş şarlar”, “Adamların əl çalmaları üçün”, “İnsanı öldürmək”, “Qırmızımtıl-ağ”, “İçməyən iki oğlan”, “Məhəbbət haqqında” nümayiş etdirilib.

Tofiq Şahverdiyevin işləri dəfələrlə yerli və beynəlxalq mükafatlara layiq görülüb. O, Azərbaycan Respublikasının Xalq artisti, Rusiya Federasiyasının Əməkdar İncəsəət Xadimi, Rusiya Kinematoqrafçılar İttifaqının üzvü, Rusiya Rəssamlar İttifaqının Qrafika, foto-rəssamlar bölməsinin üzvüdür.

Baxış sayı: 148