XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Fəxrəddin Dadaşovun doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
26/09/2019 00:33

Azərbaycan Respublikasının Xalq artisti, musiqiçi, kamança ifaçısı, professor, dosent Fəxrəddin Dadaşov 1950-ci il sentyabrın 26-da anadan olub.

Fəxrəddin Dadaşov 1963-cü ildə 2 nömrəli uşaq musiqi məktəbini bitirdikdən sonra, Bülbül adına orta-ixtisas musiqi məktəbinə daxil olub və 1972-ci ildə həmin sənət ocağını bitirib. O,1977-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını kamança ixtisası üzrə bitirib.

Fəxrəddin Dadaşov 1966-cı ildən indiyədək Azərbaycan Televiziya və Radiosunun Ə.Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblında konsertmeyster vəzifəsində çalışır.

Fəxrəddin Dadaşovun dünyanın bir neçə ölkəsində, o cümlədən Hollandiya, Fransada, Almaniyada, İtaliyada və Kanadada kompakt diskləri çıxıb.

Fəxrəddin Dadaşov 1988 və 1998-ci illərdə  Fransada keçirilən Beynəlxalq festivalın laureatı olub.

Fəxrəddin Dadaşov 49 xarici ölkədə, F.Dadaşov o cümlədən Kanada, ABŞ-ın Texas ştatında, Nikaraqua, Kuba, Braziliya, Meksika, İngiltərə, Almaniya, Fransa, İsveç, İsveçrə, İtaliyada, İspaniya, Norveç, Avstriya, Tayland, Tayvan, Hindistan, Mərakeş və s. ölkələrdə konsertlər verib.

Fəxrəddin Dadaşov C.Qaryağdıoğlu adına muğam üçlüyünün solisti, Azərbaycan Milli Konservatoriyasının dosentidir.

Fəxrəddin Dadaşov 2000-ci il oktyabrın 28-də  əməkdar artist adına, 2005-ci il sentyabrın 16-da  xalq artisti fəxri adlarına layiq görülüb.

Baxış sayı: 76512