Vəfa Nüsrət qızı Fətullayeva 25 avqust 1945-ci ildə Bakıda görkəmli teatr xadimləri Hökumə Qurbanovanın və Nüsrət Fətullayevin ailəsində dünyaya gəlib. Vəfa Fətullayeva 1964-cü ildə Bakıda 1 saylı orta məktəbi bitirib. 1966-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki ADMİU) rejissorluq fakültəsinə daxil olub. İkinci kursda ixtisasını dəyişərək teatrşünaslıq fakültəsinə keçib. 1971-ci ildə teatrşünas diplomunu alıb.
Səhnəyə ilk dəfə 1955-ci ildə Uilyam Şekspirin “Qış nağılı” dramının tamaşasında Mamili oğlan rolunda çıxıb. Teatrşünaslıq fakültəsinin dördüncü kursunda oxuyanda rejissor Tofiq Kazımovun dəvəti ilə 1969-cu ildə Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” tamaşasında baş qəhrəmanı Fəridəni ifa edib. O, Fəridəni ki, illər ötsə də tamaşaçı qəlbində iz salıb və Vəfa xanımın adı gələndə ilk növbədə məhz bu obraz yada düşür.
1970-ci ildən Akademik Milli Dram Teatrının ştatına aktrisa götürülüb. Hüseyn Cavidin “İblis” faciəsinin tamaşasındakı Rəna roluna görə 1984-cü ildə Azərbaycan Dövlət mükafatına layiq görülüb. 1982-ci ildə “Əməkdar artist” fəxri adı ilə təltif edilib.
Dərin, mənalı baxışları həyat eşqi ilə dolu olan Vəfa Fətullayeva özü bir obraz idi. Onun görkəmi ilə istedadı elə bir ahəng yaradırdı ki, ifa etdiyi irili-xırdalı rollar qeyri-iradi baş qəhrəman səviyyəsinə yüksəlirdi: Şərəfnisə (“Müsyö Jordan və dərviş Məstəli şah”, Mirzə Fətəli Axundzadə), Bənövşə (“Kəndçi qızı”, Mirzə İbrahimov), Gülgəz (“Mahnı dağlarda qaldı”, İlyas Əfəndiyev), Veroçka (“Sevgi... sevgi...”, Emil Braginski və Eldar Ryazanov), Beatriçe (“Heç nədən hay-küy”, Uilyam Şekspir), Xəyalə, Pakizə, Tənzilə (“Əks-səda”, “Mirzə Şəfi” və “Sən yanmasan...”, Nəbi Xəzri), Qız, Şirin (“Şöhrət və ya unudulan adam” və “Məhəbbət əfsanəsi”, Nazim Hikmət), Gülnar və Xuraman, Dildar (“Vaqif” və “İnsan”, Səməd Vurğun), Qadın (“Karıxmış sultan”, Taufıq əl Hakimi), Arzu, Göyərçin, (“Kimdir haqlı?” və “Yollara iz düşür”, Bəxtiyar Vahabzadə), Zeynəb (“Sizi deyib gəlmişəm”, Anar), İnanc xatun (“Atabəylər”, Nəriman Həsənzadə), Nataşa (“Həyatın dibində”, Maksim Qorki) – müxtəlif səpkili, komik və faciəvi rolları eyni ustalıqla yaşatmaq, gah şıltaq, gah kədərli, gah şaqraq gülüşləri ilə tamaşaçını da aktyora çevirmək və bu hissi yaşatmaq, qüssələndikdə belə həyat eşqini alovlandırmaq Vəfa xanıma xas olan xüsusi bir bacarıq idi. Məhz bu keyfiyyətlərin sayəsində o tamaşaçının qəlbində əbədi məskən sala bilib.
Vəfa Fətullayeva İlyas Əfəndiyevin “Atayevlər ailəsi” (Lətafət), İslam Səfərlinin “Göz həkimi” (İradə) televiziya tamaşalarında da çıxış edib.
“Azərbaycanfilm”də istehsal olunmuş “Firəngiz” (Firəngiz) bədii filminə çəkilib.
Vəfa Fətullayeva 1987-ci il may ayının 21-də Bakıda vəfat edib.
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib
- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
- 10:05 Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib
- 20:52 Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal “Qonağımız var” layihəsinin növbəti qonağı olub
- 09:39 Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib
- 21:25 Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
- 21:10 “Tarixin susmayan harayı: Xocalı” adlı tədbir keçirilib
- 18:03 Yubilyar mədəniyyət xadimləri nazirliyin Fəxri diplomu ilə təltif olunub
- 17:38 Millət vəkilləri və incəsənət xadimləri attestasiya prosesini müşahidə ediblər
- 17:11 2026/2027-ci tədris ili üzrə incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu elan olunur
- 16:58 “Sənin üçün” qısametrajlı bədii filminin nümayişi keçirilib
- 15:45 “Ögey ana” filmi nümayiş olunub
- 16:00 “Qızıl uçurum” filmi nümayiş olunub
- 16:35 Mədəniyyət naziri Adil Kərimli Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 11:40
- 12:06 Berlində Azərbaycan Kino Günləri keçirilib
- 09:05 Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib
- 09:22 Honq Konq Konservatoriyasında Azərbaycanın simfonik və populyar musiqisindən bəhs olunub
- 09:53 “İncəsənət Müəllimlərinin Qış Məktəbi” layihəsi həyata keçiriləcək
- 10:38 Əməkdar artist Cabir Abdullayev ilə görüş keçirilib
- 09:41 Ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti sərtləşdirən yeni qaydalar qüvvəyə minir
- 09:22 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Cavidan Babazadənin solo konserti keçirilib
- 11:43 Sevilən müğənni Leyla Rəhimli ilə görüş keçirilib
- 10:08 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 09:48 “Üzeyir Hacıbəyli Mükafatı” qaliblərinin təltifetmə mərasimi keçirilib
- 09:34 “20 Yanvar-Milli yaddaşımızın iradə gücü” adlı anım tədbiri keçirilib
- 14:36 “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 14:22 “Mədəniyyəti – 2040” Konsepsiyasının Mədəniyyət Nazirliyinin qurumları üçün təqdimatı keçirilib
- 17:05 Mədəniyyət naziri Adil Kərimli Ağsuda vətəndaşları qəbul edəcək