XƏBƏRLƏR
MƏLUMAT
Beynəlxalq İnsan Hüquqları Gününə adlı virtual sərgi istifadəçilərə təqdim olunub
ÜMÜMİ XƏBƏRLƏR
10/12/2025 11:25

Milli Kitabxanada insan hüquqlarının təbliği və müdafiəsi məqsədilə “10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü ” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgilərdə beynəlxalq insan hüquqları haqqında, Heydər Əliyev və Azərbaycanda insan hüquqları, Azərbaycanın ən böyük insan haqları layihəsi – Qərbi azərbaycanlıların qayıdışı, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyəti, insan hüquqlarının praktik vəziyyəti, erməni riyakarlığı və s. mövzularda Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar, dövri mətbuat materialları nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Beynelxalq_Insan_Huquqlari_gunu/index.htm  linkindən istifadə edə bilərlər.

Baxış sayı: 13