XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb
ÜMÜMİ XƏBƏRLƏR
07/05/2024 09:59

Qazaxıstanda beynəlxalq 1-ci Fərabi Beynəlxalq Tələbə Filmləri Festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, türkdilli ölkələrin tələbələrinin qatıldığı festivalda TÜRKSOY-a üzv olan ölkələrin kino və media fakültələrinin tələbələrinin bədii və sənədli filmləri yarışıb.

Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə festivala göndərilən azərbaycanlı rejissorlar Murad Şükürlünün “Bir vaxtlar Sabunçuda” və Mixail Abdulovun “Lent” filmləri “Ən yaxşı müəllif filmi” və “Ən yaxşı aktyor dueti” nominasiya üzrə qalib olub.

Baxış sayı: 151