XƏBƏRLƏR
MƏLUMAT
Xalq artisti Məlik Dadaşovun anadan olmasının 100 illik yubileyi münasibətilə filmlər nümayiş olunub
ÜMÜMİ XƏBƏRLƏR
23/05/2024 16:31

22-23 may tarixlərində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Suraxanı rayon Heydər Əliyev Mərkəzində Xalq artisti, görkəmli teatr və kino aktyoru Məlik Dadaşovun anadan olmasının 100 illik yubileyi münasibətilə “Axırıncı aşırım” və “Fəryad” filmlərinin nümayişi olub.

Filmlərin nümayişindən əvvəl Məlik Dadaşovun zəngin həyat təcrübəsi, çoxillik teatr fəaliyyəti və peşəkar kino yaradıcılığı haqqında məlumat verilib. Daha sonra bildirilib ki, tədbirin təşkil edilməsində məqsəd görkəmli aktyoru yetişməkdə olan nəsillərə tanıtmaqdır.

Baxış sayı: 151