XƏBƏRLƏR
MƏLUMAT
Görkəmli bəstəkar Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr edilmiş konsert olub
ÜMÜMİ XƏBƏRLƏR
22/05/2024 17:38

Prezident İlham Əliyevin 2024-cü il 22 fevral tarixli Sərəncamına əsasən görkəmli bəstəkar Süleyman Ələsgərovun 100 illik yubileyi ölkəmizdə müxtəlif tədbirlərlə qeyd olunur.

AZƏRTAC xəbər verir ki, mayın 22-də Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində görkəmli bəstəkar və dirijor, Dövlət mükafatı laureatı, Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert proqramı təqdim edilib.

Tədbir çərçivəsində Süleyman Ələsgərovun “Vətənimdir”, “Daimi hərəkət”, “Tarantella”, “Intermetso”, “Skerso”, “Xəyala dalarkən”, “Poema”, “Konsert No 1” (1-ci hissə), “Şalaxo”, “Rəqs-tokkata” və “Vağzalı çalınır” kimi əsərlər səsləndirilib.

Qarabağın tarixi məkanı Şuşadan olan S.Ələsgərov yurdunun əsrarəngiz təbiətindən, poeziyasından, muğam dünyasından ilham alaraq gözəl əsərlər bəstələyib, dirijor, pedaqoq kimi musiqi mədəniyyətimizin, musiqi təhsil sisteminin formalaşmasında mühüm rol oynayıb.

Baxış sayı: 179