Bu gün Azərbaycan rejissoru, Xalq artisti Soltan Dadaşovun doğum günüdür.
AZƏRTAC xəbər verir ki, anadan olmasından 118 il ötən Soltan Dadaşov Azərbaycan sənət tarixində öz yeri olan sənətkarlardandır.
Soltan Dadaşov 1906-cı il mayın 27-də Bakıda doğulub. Kiçik yaşlarında ruhani təhsili alıb. Fərasət və diribaşlığına, oxumağa həvəsli olmasına görə atası onu türk-rus məktəbinə verib. Qabaqcıl şagird kimi müəllimlərin sevimlisi olan yeniyetmə Soltan buradan da Realnı məktəbə keçib. Erkən gənclik illərindən klassik şairlərdən Məhəmməd Füzulinin, Molla Pənah Vaqifin, Seyid Əzim Şirvaninin, Qasım bəy Zakirin ədəbi irsini dərindən mənimsəmişdi. Bəlağətli əruzun əlvan və mürəkkəb vəznlərini dərindən bilən qiraət xiridarı kimi tamaşaçı-dinləyicilərin rəğbətini qazanmışdı. Düşüncə tərzinə, idrak və təfəkkürünə görə həmyaşıdlarından irəli gedən Soltan Dadaşov məktəbdə dram dərnəyi yaradıb. O, şagird dostları ilə Mirzə Fətəli Axundzadənin komediyalarından, Nəcəf bəy Vəzirovun məsxərələrindən, Haşım bəy Vəzirovun məzhəkə və vodevillərindən parçalar seçib tamaşalar hazırlayıb. Özü bu səhnələrdə həvəskar aktyor kimi də çıxış edib.
1920-1921-ci illərdə Soltan Dadaşov Bakıdakı Mərkəzi fəhlə klubunun dram dərnəyinin fəallarından olub. Sovet hökumətinin təşkil etdiyi təbliğat və təşviqat briqadalarının fəal üzvü kimi Azərbaycanın rayonlarında aktyor, müğənni kimi çıxışlar edib. 1923-cü ildə milli səhnə mədəniyyətimizi peşəkar ixtisaslı kadrlarla təmin etmək məqsədilə Bakı Teatr Məktəbi (Texnikumu) açılıb. Soltan Dadaşov həmin məktəbin ilk məzunlarından olub və 1924-cü ildə həmçinin Milli Dram Teatrının yardım heyətində aktyorluq edib.
Texnikumda oxuduğu illərdə teatrın səhnəsində tamaşaya qoyulmuş bir sıra əsərlərdə epizod rollar oynayıb. Fərasətli tələbə olduğuna, Bakı Teatr Məktəbini əla qiymətlərlə bitirdiyinə, rus dilində sərbəst danışdığına, həssas musiqi duyumuna, Milli Dram Teatrının səhnəsindəki sərbəst yaradıcılıq cəhdlərinə görə və ən əsası, sənət müəllimi Aleksandr Tuqanovun zəmanəti ilə Azərbaycan Respublikasının Xalq Maarif komissarlığı (XMK) 1927-ci ildə Soltan Dadaşovu Moskvada təhsilini davam etdirməyə göndərib. Mərkəzi Teatr Texnikumunda dörd il təhsil alan Soltan Dadaşov 1931-ci ildə Bakıya musiqili teatr rejissoru ixtisası ilə qayıdıb. O, Moskvada Aleksey Popov, Boris Zaxava, Andrey Petrovski, Boris Suşkeviç kimi məşhur pedaqoqlardan sənət ixtisası dərsi almış, rejissuranın estetik və fəlsəfi əsaslarına bacarıqla yiyələnib.
Təhsilini bitirib təyinatla Azərbaycan Xalq Maarif komissarlığının sərəncamına göndərilən Soltan Dadaşov opera teatrına quruluşçu rejissor təyin olunub. O, opera teatrında çalışan ilk peşəkar təhsil almış rejissor idi və buna görə də elə ilk işindən onun quruluşları əzəmətli vüsətinə, zəngin koloritinə və tamaşaların səhnə həllinin bəstəkarların partiturası ilə uyğun gəlməsinə görə seçilib.
Aşqabad Dövlət Azərbaycan Teatrı “Dram və Opera Teatrı” adı ilə fəaliyyət göstərdiyi vaxtlarda Soltan Dadaşov həmin kollektivdə tamaşa hazırlamağa dəvət edilib. Rejissor 1937-ci ilin dekabrında Aşqabad teatrında Müslüm Maqomayevin “Şah Ismayıl” operasının məşqlərinə başlamışdır. Operanın premyerası 1938-ci il yanvarın 16-da göstərilərək, təntənəli keçən tamaşa sənət ocağının yaradıcılığında hadisə kimi qiymətləndirilmişdir. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və Incəsənəti Dekadasında (ongünlüyündə) “Arşın mal alan” operettasının böyük uğurundan sonra Bakıda müstəqil Musiqili Komediya Teatrı yaratmaq barədə dövlətin qərarı oldu. Teatrın ilk işi kimi Zülfüqar bəy Hacıbəyovun “Evliykən subay” operettası seçildi. Operettanın rejissorluğu Soltan Dadaşova tapşırıldı və əsərin ilk tamaşası 1938-ci il mayın 30-da “Rote Fane” parkının (Indiki “Nizami” parki) möhtəşəm yay salonunda göstərildi. Soltan Dadaşov 1941-ci il mayın 21-də Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında monumental, etno-mədəni xalq mərasim oyun-tamaşasını tamaşaçılara təqdim etdi. Filarmoniyada göstərilən bu tamaşa milli musiqi folkloru xəzinəmizin poetik vüsətini, etnogenezislə bağlı estetikpsixoloji məziyyətlərini böyük ustalıqla səhnədə təcəssüm etdirə bilmişdi. 1945-ci ildə Bakıda ilk dəfə dövlət səviyyəsində Azərbaycan sirki təşkil olunanda rejissorluq işi Soltan Dadaşova tapşırıllb. Onun rejissorluğunda proqramlara milli “zorxana”, “qaravəlli”, “hoqqa” oyun estetikalarının prinsip və formalarını cəsarətlə gətirməsi ilə sirk kollektivi Moskvada, Peterburqda, Minskdə, Riqada, Vilnüsdə, Tallində çıxışlar edib. 1967-ci ildə Soltan Dadaşov sirk proqramında milli folklorumuzun bütün estetik gözəlliklərini, etno-mədəni tariximizin oyun-tamaşa səciyyələrini təcəssüm etdirən xüsusi “Novruz” proqramı hazırlayıb.
Opera və Balet Teatrında işləyən Soltan Dadaşov 1949-cu ildə bağlanmış Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktyorlarını, əsasən Filarmoniyanın estradasında çalışan sənətçilərini bir yerə cəm edib. 1954-cü ildə dövlət sözü yazılmadan Azərbaycan Musiqili Komediya Teatrı kimi truppanın fəaliyyətinə nail olub. “Arşın mal alan”, “Məşədi Ibad”, dramaturq
Məhərrəm Əlizadənin və bəstəkar Ağası Məşədibəyovun “Toy kimindir?”, dramaturq Süleyman Rüstəmin və bəstəkar Səid Rüstəmovun “Durna” operettalarını burada tamaşaya hazırlayıb. Məhz bu kollektivin güclü bazasında truppa 1956-cı ildə yenidən Azərbaycan Dövlət Musiqili Komediya Teatrı kimi fəaliyyətə başlayıb və bu günədək yaradıcılığını davam etdirməkdədir. S.Dadaşovun rejissor üslubunun novatorluq xüsusiyyətləri, məzmun və forma həllində milli xalq oyunlarından bəhrələnmə cəhdləri Gənc Tamaşaçılar Teatrının yaradıcı heyətinin də diqqətini cəlb edib. Iyirmi yaşına çatanda sənətkar kimi qəbul olunan Soltan Dadaşovun rejissorluğu ilə 1933-1936-cı illər ərzində GTT-də Qriqori Kornellinin “Qaçaq Səməd”, Zəfər Nemətovla Əli Həsənovun “Qaralar Ölkəsində”, Əli Həsənovla Əliməmməd Atayevin “Sürət”, “Çelyuskinçilər”, Mirmehdi Seyidzadənin “Nərgiz” əsərləri tamaşaya qoyulmuşdur. Onun rejissorluğu ilə Dağıstan Muxtar Respublikasındakı Süleyman Stalski adına Ləzgi Dövlət Dram Teatrında M.Xurişlova ilə M.Çistyakovanın “Şahid Sulak” (1960) pyesi tamaşaya hazırlanıb. Soltan Dadaşovun yazdığı, Mirzə Ələkbər Sabirin yaradıcılığının bədii məziyyətlərini, kəskin satirasının ictimai mahiyyətini təcəssüm etdirən “Keçmişin məişət səhnələri” librettosuna Vasif Adıgözəlov musiqili komediya bəstələyib. Həmin əsər 1962-ci ildə rejissor Əliheydər Ələkbərovun quruluşunda Azərbaycan Dövlət Musiqili Komediya Teatrında tamaşaya qoyulub.
1934-cü ildən pedaqoji fəaliyyətlə də məşğul olan S.Dadaşov uzun illər Azərbaycan Dövlət Teatr İnstitutunda aktyor və rejissor sənətindən dərs deyib. Milli opera teatrı tarixini, onun görkəmli sənətkarlarının yaradıcılıq yolunu dərindən bilən S.Dadaşov “Mirzə Fətəli Axundzadə adına Azərbaycan Dövlət Opera və Balet Teatrı” kitabının, xalq artisti Hüseynağa Hacıbababəyov barədə monoqrafiyanın müəllifidir. Eyni zamanda Azərbaycan estradasında rejissorluq etmiş, Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı üçün rəngarəng proqram kompozisiyaları hazırlanıb. Azərbaycan musiqili teatrının inkişafında xidmətlərinə və rejissorluq sənətində qazandığı ciddi nailiyyətlərə görə Soltan Dadaşov 1940-cı il aprelin 23-də Azərbaycan SSR Əməkdar incəsənət xadimi və 1958-ci il aprelin 26-da Xalq artisti fəxri adları ilə təltif olunub.
Sənətkar 1969-cu il sentyabrın 7-də Bakıda vəfat edib.
- 16:22 Məktəblərarası KVN üzrə “Yeni Nəsil Kuboku” keçirilib
- 13:19 Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi keçirilib
- 23:32 “Kiçik əllərin böyük musiqisi” adlı hesabat konserti keçirilib
- 15:46 “Səslərin izi ilə” adlı hesabat konserti keçirilib
- 10:00 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi məktəbinin hesabat konserti baş tutub
- 23:03 “Səma” rəqs qrupunun “Musiqili Bakı” adlı konsert proqramı keçirilib
- 10:05 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin hesabat konserti baş tutub
- 11:06 Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” keçiriləcək
- 17:11 “İnsan hüquqları və azadlıqları” mövzusunda görüş keçirilib
- 17:05 “Milli Qurtuluş: Dövlətçiliyimizin dönüş nöqtəsi” adlı dəyirmi masa keçirilib
- 14:14 Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti təşkil olunub
- 14:04 Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 22:29 “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı konsert proqramı təşkil edilib.
- 18:46 “Zəfərə aparan işıq” adlı hesabat konserti keçirilib
- 14:44 "65 illik bir tarix" adlı hesabat konserti keçirilib
- 23:47 “Bir axşamın sehirli səsləri” adlı hesabat konserti keçirilib
- 23:25 36 nömrəli Uşaq Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 23:14 “Zamanı incəsənətə çevirən 45 il” adlı hesabat konserti keçirilib
- 13:51 “Notlarda yaşayan tarix” adlı hesabat konserti keçirilib
- 13:39 G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş hesabat konserti keçirilib
- 13:22 Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 13:08 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 17:17 "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə konsert keçirilib
- 12:03 1 İyun-Uşaqlar günü qeyd olunub
- 07:48 “Balaca ürəklərin musiqisi” adlı hesabat konserti keçirilib
- 23:57 "Uşaqlar və gənclər bizim gələcəyimiz , ümidimizdir" adlı hesabat konserti keçirilib
- 23:41 33 nömrəli Uşaq Musiqi Məktəbinin "Müstəqillik sədaları" adlı hesabat konserti keçirilib
- 23:01 Baş İdarə Müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirib
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib