XƏBƏRLƏR
MƏLUMAT
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində ən yaxşı esse müsabiqəsinin qalibləri mükafatlandırılıb
ÜMÜMİ XƏBƏRLƏR
23/05/2024 09:25

Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğundakı Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində məşhur Bakı sakini, fantastika yazıçısı Yevgeni Lvoviç Voyskunskinin “Mümkünsüzlük formulu” adlı hekayəsi əsasında keçirilmiş növbəti ən yaxşı esse müsabiqəsinin nəticələrinə həsr olunmuş tədbir təşkil edilib.

AZƏRTAC xəbər verir ki, yazıçı Yevgeni Lvoviç Voyskunski ötən əsrin 60-cı illərində Bakıda elmi-fantastik ədəbiyyat məktəbinin formalaşmasının başında dayanıb və Azərbaycan Yazıçılar İttifaqının elmi fantastika komissiyasının sədri olub.

“Mümkünsüzlük formulu” hekayəsi İsay Lukodyanov ilə birgə yazılıb.

Müsabiqənin məqsədi məktəblilər, tələbələr, müəllimlər və mütəxəssislər arasında yaradıcı düşüncənin inkişafı və bu istiqamətdə motivasiyanın formalaşdırılması olub.

Mərkəzin direktoru Anna İbrahimbəyova Bakı şəhərinin fantastika yazıçılarının irsinə həsr olunmuş tədbirlərin ardıcıllığının əhəmiyyətini qeyd edib və qonaqları həmyerlimiz Yevgeni Voyskunskinin əsərləri əsasında keçirilən esse müsabiqəsinin qaliblərinin və iştirakçılarının mükafatlandırılması mərasimində iştirak etməyə dəvət edib.

Sonra müsabiqənin qaliblərinin və iştirakçılarının mükafatlandırılması mərasimi keçirilib.

Qeyd etmək lazımdır ki, məktəblilər arasında ilk yarış 2022-ci ildə keçirilib. Burada məktəblilər Maqsud İbrahimbəyovun “Tutulmuş yer” fantastik hekayəsi əsasında işlərini münsiflər heyətinə təqdim ediblər.

Sonra müsabiqənin nəticələri ilə bağlı videoformatda beynəlxalq münsiflər heyətinin üzvləri, tanınmış fantastika yazıçısı, bakılı Pavel Amnuel və yazıçının oğlu alim Aleksandr Voyskunski qonaqlara müraciət ediblər.

İştirakçıların işlərini münsiflər heyəti də qiymətləndirib.

Tədbirdə iştirakçılara məşhur yazıçının məzunu olduğu Bakı şəhəri 1 nömrəli orta məktəbin şagirdlərinə müsabiqədə fəal iştiraka görə diplom və sertifikatlar verilib.

Tədbirin sonunda tanınmış fantastika yazıçısı, astrofizik alim Pavel Amnuelin əsərləri əsasında keçiriləcək növbəti esse müsabiqəsinin şərtləri və qaydaları izah edilib.

Baxış sayı: 121