XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə işə qəbul ilə bağlı ilk dəfə vahid platforma üzərindən müsabiqə elanı
ÜMÜMİ XƏBƏRLƏR
06/05/2024 10:07

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin şəbəkəsinə aid olan musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinlərinin və müəllimlərin, həmçinin Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə müəllimlərin işə qəbulu ilə bağlı müsabiqə elan edilir.

Müsabiqə test imtahanından və müsahibədən ibarət olmaqla iki mərhələdə təşkil olunacaq. Test imtahanı 2 iyun 2024-cü il tarixində Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə birgə keçiriləcək. İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytında 02.05.2024-cü il saat 09:00-dan 22.05.2024-cü il saat 18:00-dək aparılacaq.

İşə qəbul qaydaları, test imtahanı və müsahibə mərhələsinin proqramları, habelə məktəb və mərkəzlərdə mövcud olan vakansiyalarla aşağıdakı linklərə daxil olmaqla tanış ola bilərsiniz.

 

 

 

 

 

 

Baxış sayı: 103