XƏBƏRLƏR
MƏLUMAT
Aprel döyüşləri şəhidi Tural Dadaşov
ÜMÜMİ XƏBƏRLƏR
24/08/2021 01:21

Tural Sabir oğlu Dadaşov 24 avqust 1993-cü ildə Bakıda anadan olub. Nizami rayon 210 saylı orta məktəbi bitirib. 2011-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "Kommersiya" fakültəsinə qəbul olunub. 2015-ci ildə məzun olaraq, hərbi xidmətə yollanıb.

Əsgər Tural Dadaşov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı şəhid olub.

Aprelin 8-i isə Tural Dadaşov Bakı şəhərinin Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində son mənzilə yola salınıb.

Tural Dadaşov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Tural Dadaşov həm də ölümündən sonra "Dədə Qorqud" Milli Fondunun və "Azərbaycan Dünyası" Beynəlxalq Jurnalının təsis etdiyi "Vətən övladı" qızıl ordeni ilə də təltif edilib.

 

Baxış sayı: 552