XƏBƏRLƏR
MƏLUMAT
28 nömrəli uşaq musiqi məktəbində "Şuşa ili”nə həsr olunmuş konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
08/06/2022 03:48

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 28 nömrəli uşaq musiqi məktəbində "Şuşa ili”nə həsr olunmuş skripka ixtisası üzrə müəllimlər Lalə Şəfiyeva və Aydan Kazımovanın siniflərinin konserti keçirilib.

Tədbirdə Qaradağ rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini Firuddin Hüseynov, baş məsləhətçi Səmayə Şıxəliyeva və bir sıra qonaqlar iştirak ediblər.

Konsertdə şagirdlər Azərbaycan, rus və Avropa bəstəkarlarının əsərlərini, Xalq artisti Əlibaba Məmmədovun “Xudayar təsnifi”ni xüsusi şövqlə ifa ediblər.

Konsertin sonunda məktəbin müdiriyyəti tərəfindən 2021/2022-ci tədris ilində göstərdiyi nailiyyətlərə görə şagirdlər “Diplom”, “Fəxri Fərman” və “Tərifnamə”lərlə təltif olunublar.

Baxış sayı: 393