XƏBƏRLƏR
MƏLUMAT
"Zəfər” Yarmarkasında bu axşam
ÜMÜMİ XƏBƏRLƏR
07/11/2021 04:51

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəkçisi olduğu “YAŞAT” Fondu, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Peyntbol Federasiyasının təşkilatçılığı ilə keçirilən “Zəfər” Yarmarkasında bu gün də musiqi proqramı zəngin olacaq.

Axşam saat 20:00-da tamaşaçıları Dənizkənarı Milli Parkda Azərbaycanın Xalq artisti, sevilən müğənni Aygün Kazımova, Əməkdar artist Rəşad Haşımovun rəhbərlik etdiyi məşhur "Rast" qrupu və Xalq artisti Mircavad Cəfərovun rəhbərlik etdiyi “Cəngi” etno-caz qrupu möhtəşəm, sevilən ifaları ilə sevindirəcək. 

Sizi “Zəfər” Yarmarkasında bu gün təşkil olunacaq konsert proqramına dəvət edirik.

 

Baxış sayı: 354