XƏBƏRLƏR
MƏLUMAT
“Müasir kontekstdə muzey işi: muzeydə kommunikasiya və ziyarətçi xidməti” adlı treninq keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
10/10/2025 16:20

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Azərbaycan Turizm və Menecment Universitetinin birgə təşkilatçılığı ilə Nəriman Nərimanovun xatirə muzeyində “Müasir kontekstdə muzey işi: muzeydə kommunikasiya və ziyarətçi xidməti” adlı treninq keçirilib.

Treninqdə “Bələdçi mətnlərinin tərtib olunması və bələdçi fəaliyyəti”, “Muzey ekspozisiyasının tərtib olunması və müasir sərgilər”, “Muzey kolleksiyalarının mühafizəsində bələdçi və muzey nəzarətçisinin funksiyaları” adlı mühazirələr dinlənilib.

Treninqin keçirilməsində əsas məqsəd Baş İdarənin tabeliyində olan Heydər Əliyev Mərkəzlərində və muzeylərdə çalışan bələdçilərin və muzey (mərkəz) baxıcılarının işinin təkmilləşdirilməsi, onların peşəkarlığının artırılmasına metodik kömək göstərilməsidir.

Baxış sayı: 47