XƏBƏRLƏR
MƏLUMAT
Əməkdar rəssam, professor Arif Ələsgərovun “Köhnə bakılı: həsrət və duyğular” adlı fərdi sərgisi açılıb
ÜMÜMİ XƏBƏRLƏR
09/10/2025 14:49

Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar rəssam, professor Arif Ələsgərovun “Köhnə bakılı: həsrət və duyğular” adlı fərdi sərgisi açılıb.

Sərgidə sənətkarın müxtəlif illərdə yaratdığı 60-dan çox qrafika və rəngkarlıq əsəri təqdim olunur. Əsərlərdə Bakı nostaljisi, sevgi, insan duyğuları və həyatın mənası poetik çalarlarla əksini tapıb.

“Güclülər”, “Dulusçu”, “Ovçu”, “Usta və şagirdlər” kimi tablolarla yanaşı, “Pəhləvan” əsərinin animasiya təqdimatıda tamaşaçılara fərqli təəssüratlar bəxş edir.

Sərgi 26 oktyabr 2025-ci ilədək açıqdır.

Baxış sayı: 27