XƏBƏRLƏR
MƏLUMAT
Türkmənistan Mədəniyyəti Günləri münasibətilə qardaş ölkənin nümayəndə heyəti Azərbaycana səfərə gəlib
ÜMÜMİ XƏBƏRLƏR
13/10/2025 09:54

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 13-15 oktyabr tarixlərində ölkəmizdə Türkmənistan Mədəniyyəti Günləri keçiriləcək.

Bu münasibətlə qardaş ölkənin mədəniyyət xadimləri və incəsənət ustalarından ibarət geniş nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Hava Limanında nümayəndə heyətinin səmimi qarşılanma mərasimi olub.

Maraqlı proqramı olan Türkmənistan Mədəniyyət Günləri çərçivəsində Türkmənistanın musiqisi, dekorativ-tətbiqi sənəti, muzey eksponatları və mətbəx nümunələrinin geniş təqdimatı olacaq.

Baxış sayı: 37