XƏBƏRLƏR
MƏLUMAT
M.Maqomayev adına 26 nömrəli Onbirillik Musiqi Məktəbinin hesabat konserti keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
12/06/2024 10:19

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan M.Maqomayev adına 26 nömrəli Onbirillik Musiqi Məktəbinin 45 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib.

Tədbir Azərbaycan Milli Konservatoriyasında keçirilib.

İlk öncə məktəbin yaranması və 45 il ərzində keçdiyi şərəfli yol haqqında tədbir iştirakçılarına məlumat verilib.

Sonra məktəbin birləşmiş xor kollektivinin, xalq çalğı alətləri və "Buta" qanun çalanlar ansamblının, həmçinin Respublika və beynəlxalq müsabiqələr laureatı olmuş şagirdlərinin ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri, xalq mahnı və rəqsləri uğurla səsləndirilib.

Sonda dünya şöhrətli müğənni M.Maqomayevin "Azərbaycan" mahnısı ilə konsertə yekun vurulub.

Baxış sayı: 104