XƏBƏRLƏR
MƏLUMAT
Milli Qurtuluş Gününə həsr olunmuş konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
14/06/2024 12:29

İyunun 13-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Suraxanı rayon Heydər Əliyev Parkında Milli Qurtuluş Gününə həsr olunmuş konsert keçirilib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Sonra bu əlamətdar günün tarixi barədə məlumat verilib. Bildirilib ki, 15 iyun- Milli Qurtuluş Günü xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarix Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ümumilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

Konsertdə gənc müğənnilər Elçin Cəfərov, Mehin Hümbətova musiqi nömrələri ilə , “Aysel” rəqs qrupu isə bir-birindən maraqlı rəqslərlə çıxış ediblər.

Konsert tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Baxış sayı: 158