XƏBƏRLƏR
MƏLUMAT
“Qurtuluş-Tarixin unudulmaz səhifəsi” mövzusunda dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
14/06/2024 16:54

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzi, YAP Qaradağ rayon təşkilatı və Qaradağ rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə  15 İyun-Milli Qurtuluş Günü ilə əlaqədar “Qurtuluş-Tarixin unudulmaz səhifəsi”   mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə rəsmilər, gənc fəallar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İlk öncə Ümummilli Liderin abidəsi önünə gül dəstələri qoyulub.

Tədbir  Ulu öndər Heydər Əliyevin əziz xatirəsinin  bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Çıxışlarda bildirilib ki, xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev böyük xilaskarlıq missiyasını öz üzərinə götürməklə xalqımızın, dövlətçiliyimizin sonrakı taleyində həlledici mərhələnin təməlini qoyub. Bu tarixi gün müasir Azərbaycanın müstəqilliyinin təntənəsi, hüquqi dövlət quruculuğunun başlanğıcıdır. Ulu öndərin hakimiyyətə qayıdışından sonra ölkəmizdə bir-birinin ardınca reallaşdırılan genişmiqyaslı layihələr dövlətimizin inkişafına və möhkəmlənməsinə zəmin yaradıb. Bu gün ölkəmizin regionun lider dövlətinə çevrilməsinin əsası Ümummilli Lider Heydər Əliyevin yaratdığı siyasətin təzahürüdür.

Sonda mövzu ilə bağlı videoçarx nümayiş olunub.

Baxış sayı: 107