Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində sentyabrın 26-da “Gülüstan” Sarayında dahi bəstəkarın 140 illik yubileyi münasibətilə “Üzeyir Hacıbəylinin irsi: keçmişdən bu günə” mövzusunda beynəlxalq forum keçirilib.
ICESCO və TÜRK Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə baş tutan tədbirdə dövlət rəsmiləri, deputatlar, müxtəlif ölkələrdən tanınmış musiqişünas, sənətşünas və mədəniyyət xadimləri iştirak ediblər.Əvvəlcə forum iştirakçıları Üzeyir Hacıbəyliyə həsr edilən sərgi ilə tanış olublar. Açılış nitqi ilə çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov hər il Azərbaycanda qeyd olunan Milli Musiqi Gününün (18 sentyabr) əhəmiyyətindən danışıb. Bildirib ki, bu günün qeyd olunması Azərbaycan dövləti tərəfindən musiqi mədəniyyətimizə, xüsusən də Üzeyir Hacıbəyli yaradıcılığına verilən yüksək dəyərin bariz nümunəsidir. Prezident İlham Əliyev tərəfindən 3 fevral 2025-ci il tarixində Üzeyir Hacıbəylinin 140 illik yubileyi haqqında Sərəncam imzalandığını xatırladan nazir müavini deyib ki, bu münasibətlə ölkəmizdə və xaricdə müxtəlif səpkili tədbirlər təşkil olunur. O, builki Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalını böyük bəstəkarın 140 illiyinə qiymətli töhfə kimi səciyyələndirib.
Tədbirdə həmçinin Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, ICESCO-nun Bakı Regional Ofisinin direktoru Abdulhakim əl-Sənan, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəyli və başqaları çıxış ediblər.
Çıxışlarda Üzeyir Hacıbəylinin zəngin yaradıcılığının təkcə Azərbaycanın deyil, ümumilikdə Türk dünyasında musiqi mədəniyyətinin inkişafında mühüm yer tutduğu vurğulanıb. Qeyd olunub ki, Üzeyir Hacıbəyli yaradıcılığı Şərqlə Qərbin musiqi mədəniyyətinin ortaq simvoluna çevrilib. Dahi bəstəkarın fəaliyyəti türk xalqlarının ortaq dəyərlərini gücləndirib, onları dünya irsinin bir hissəsinə çevirib. Bildirilib ki, görkəmli bəstəkarın əsərləri Türk dünyasının mənəvi-mədəni birliyinə xidmət edir.
Çıxışlardan sonra Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.
Daha sonra forum panel müzakirələrlə davam edib. “Üzeyir Hacıbəyli yaradıcılığında Şərq və Qərb sintezi” mövzusuna həsr olunan ilk paneldə AMEA-nın Folklor İnstitutunun direktoru Hikmət Quliyev, Əməkdar incəsənət xadimi, musiqişünas, professor Zümrüd Dadaşzadə, Beynəlxaq Ənənəvi Musiqi və Rəqs Şurasının sədri Abdullah Akat və tanınmış bəstəkar, musiqişünas Elmir Mirzəyev çıxış ediblər. Üzeyir Hacıbəylinin öz yaradıcılığında böyük ustalıqla Şərq və Qərb musiqi ənənələrinin vəhdətinə nail olmasının əhəmiyyəti qeyd edilib, həmçinin bəstəkarın elmi və yaradıcılıq fəaliyyətindən bəhs olunub.
Diqqətə çatdırılıb ki, sənətkarın zəngin yaradıcılığı Azərbaycan xalq musiqisinin, xüsusilə də aşıq sənəti və muğamın dərin qatlarından qidalanır. O, folklor motivlərini klassik musiqi prinsipləri ilə uğurla sintez edərək yeni musiqi məktəbi formalaşdırıb. Üzeyir bəyin əsərlərində xalq ruhu, etno-musiqi elementləri və milli kimlik motivləri olduqca güclüdür. Spikerlər dahi bəstəkarın zəngin irsinin müasir musiqi mühitinə təsiri və onun dünya musiqi tarixində tutduğu mövqeyi müxtəlif elmi və nəzəri yanaşmalarla izah ediblər. Bildirilib ki, Üzeyir Hacıbəylinin musiqi dili milli dəyərləri qlobal estetik prinsiplərlə birləşdirmək gücünə malikdir və bu səbəbdən onun irsi bu gün də aktuallığını qoruyub saxlayır. Natiqlər Üzeyir Hacıbəylinin təkcə bəstəkar deyil, həm də maarifçi, musiqi nəzəriyyəçisi və ictimai xadim kimi fəaliyyətinə toxunublar.
Mədəniyyət nazirinin müşaviri, Əməkdar incəsənət xadimi Cahangir Səlimxanovun moderatorluğu ilə keçirilən ikinci panel “Üzeyir Hacıbəylinin dünya musiqi mədəniyyətində mövqeyi” mövzusuna həsr olunub. Bu paneldə əsasən xarici ölkələrdən dəvət olunmuş tanınmış alim və incəsənət xadimləri çıxış ediblər. Qırğızıstanın Xalq artisti, professor Karagul Tilençiyev, özbəkistanlı sənətşünas, professor Şoyista Ganikhanova, Azərbaycanın Əməkdar incəsənət xadimi, musiqişünas Sənubər Bağırova, Tunis Ali Musiqi İnstitutunun direktoru, musiqişünaslıq üzrə professor, Parisin Sorbonna Universitetinin fəlsəfə doktoru Fakher Hakima və Aveiro Universiteti Kommunikasiya və incəsənət fakültəsinin dosenti, “Santa Cecilia” Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri, pianoçu Alvaro Teixeira Lopes (Portuqaliya) Üzeyir Hacıbəyli yaradıcılığına müxtəlif baxış bucağından nəzər salıblar.
Çıxışlarda qeyd olunub ki, Üzeyir Hacıbəylinin musiqi irsi milli olduğu qədər də bəşəridir. Onun yaradıcılığı həm Şərq, həm də Qərb musiqi ənənələrinin sintezinə əsaslandığı üçün müxtəlif ölkələrdə araşdırma obyektinə çevrilib.





- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
- 10:05 Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib
- 20:52 Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal “Qonağımız var” layihəsinin növbəti qonağı olub
- 09:39 Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib
- 21:25 Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
- 21:10 “Tarixin susmayan harayı: Xocalı” adlı tədbir keçirilib
- 18:03 Yubilyar mədəniyyət xadimləri nazirliyin Fəxri diplomu ilə təltif olunub
- 17:38 Millət vəkilləri və incəsənət xadimləri attestasiya prosesini müşahidə ediblər
- 17:11 2026/2027-ci tədris ili üzrə incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu elan olunur
- 16:58 “Sənin üçün” qısametrajlı bədii filminin nümayişi keçirilib
- 15:45 “Ögey ana” filmi nümayiş olunub
- 16:00 “Qızıl uçurum” filmi nümayiş olunub
- 16:35 Mədəniyyət naziri Adil Kərimli Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 11:40
- 12:06 Berlində Azərbaycan Kino Günləri keçirilib
- 09:05 Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib
- 09:22 Honq Konq Konservatoriyasında Azərbaycanın simfonik və populyar musiqisindən bəhs olunub
- 09:53 “İncəsənət Müəllimlərinin Qış Məktəbi” layihəsi həyata keçiriləcək
- 10:38 Əməkdar artist Cabir Abdullayev ilə görüş keçirilib
- 09:41 Ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti sərtləşdirən yeni qaydalar qüvvəyə minir
- 09:22 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Cavidan Babazadənin solo konserti keçirilib
- 11:43 Sevilən müğənni Leyla Rəhimli ilə görüş keçirilib
- 10:08 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 09:48 “Üzeyir Hacıbəyli Mükafatı” qaliblərinin təltifetmə mərasimi keçirilib
- 09:34 “20 Yanvar-Milli yaddaşımızın iradə gücü” adlı anım tədbiri keçirilib
- 14:36 “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 14:22 “Mədəniyyəti – 2040” Konsepsiyasının Mədəniyyət Nazirliyinin qurumları üçün təqdimatı keçirilib
- 17:05 Mədəniyyət naziri Adil Kərimli Ağsuda vətəndaşları qəbul edəcək
- 17:02 Azərbaycanlı şairin “Bəxt ulduzu” kitabı Kazanda tatarca işıq üzü görüb
- 09:18 Azərbaycanlı rəssamın əsəri Pekin Beynəlxalq Biennalesində nümayiş olunur
- 15:42 Hərbi Hissədə bayram konserti keçirilib
- 12:33 “Həmrəyliyin rəngləri” adlı rəsm sərgisi təşkil edilib
- 11:56 "Qış nağılı" adlı tamaşa nümayiş edilib
- 11:36 Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbində konsert keçirilib
- 11:07 24 nömrəli Onbirillik Musiqi Məktəbində bayram konserti keçirilib
- 09:30 “Mən dünyaya aktrisa olmaq üçün gəldim…” – Xalq artisti Amalya Pənahovanın 80 illik yubiley gecəsi