XƏBƏRLƏR
MƏLUMAT
“Biz əngəlli deyilik, fərqliyik” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
22/09/2025 11:31

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və “Koxlear İmplantlı Şəxslərə” Sosial Yardım İctimai Birliyinin birgə təşkilatçılığı ilə fərqli inkişaf xüsusiyyətlərinə malik uşaqlar üçün “Biz əngəlli deyilik, fərqliyik” adlı tədbir keçirilib.

Tədbirdə rəsmilər, mədəniyyət  işçiləri, ictimaiyyət nümayəndələri, inkluziv xüsusiyyətlərə malik uşaqlar iştirak ediblər.

Çıxış edənlər bildiriblər ki, uşaqlar bizim gələcəyimizdir, ölkəmizdə uşaqların sağlam, hərtərəfli, vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Bu gün ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan insanlara dəstək və diqqətin artırılması sahəsində bir çox işlər aparılır.

Tədbir zamanı müğənnilərin ifasında səslənən şən mahnılar və rəngarəng əyləncəli proqramlar uşaqlarda xoş ovqat yaradıb.

Baxış sayı: 34