XƏBƏRLƏR
MƏLUMAT
Bakıda Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş simfonik konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
26/09/2025 14:24

Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində dahi bəstəkarın 140 illiyi münasibətilə Azərbaycan Dövlət Akademik Filarmoniyasında simfonik konsert təşkil olunub.

Konsertdə Niyazi adına Dövlət Simfonik Orkestri türkiyəli məşhur dirijor, maestro Hakan Şensoyun rəhbərliyi ilə çıxış edib. Proqramda Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.

Tamaşaçılara təqdim olunan repertuara Üzeyir Hacıbəylinin “Arazbarı”, Dmitri Şostakoviçin Simfoniyası op.110 (simli orkestr üçün), Arif Məlikovun fleyta, arfa və timpanı üçün Konsertinosu, Kenan Durulun “Zülü” əsəri və Qara Qarayevin iki rəqsi daxil olub.

Konsertin solisti – Türkiyənin dünya şöhrətli fleyta ifaçısı Şefika Kutluer tamaşaçılara unudulmaz musiqi anları yaşadıb.

 

Baxış sayı: 27