XƏBƏRLƏR
MƏLUMAT
“Atropatena” filminin çəkilişinə hazırlıq gedir
ÜMÜMİ XƏBƏRLƏR
17/09/2025 14:41

“Atropatena” filminin çəkilişlərinə hazırlıq başlayıb. 55-60 dəqiqəlik bədii-sənədli film “Kaspian Media Group” tərəfindən istehsal olunur.

AZƏRTAC xəbər verir ki, ekran əsəri Mədəniyyət Nazirliyinin sifarişi və Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) dəstəyi ilə çəkilir.

Filmin quruluşçu rejissoru Elmar Bayramov, ssenari müəllifi Nicat Dadaşov, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Səbuhi Atababayev, geyim üzrə rəssamı Vüsal Rahimdir. Filmin bəstəkarı hələ açıqlanmayıb.

Filmdə baş rolda Rüstəm Cəbrayılov çıxış edəcək. Digər rollarda isə Duyğu Dəvəli, Səmimi Fərhad, Manaf Dadaşov, Vidadi Həsənov, Rumiyə Ağayeva, Corc Qafarov və başqaları yeralacaqlar.

Layihənin baş prodüseri Hüseyn Cavadzadə, icraçı prodüseri Azər Həsənov, döyüş xoreoqrafiyası üzrə mütəxəssisisə Sain Fərhaddır.

Filmin hekayəsinə görə, Böyük İskəndərin Yaxın Şərqdə davam edən fəth yürüşləri zamanı farssatrapı Atropatağılı, siyasi çevikliyi və döyüş cəsarəti ilə hökmdarın etimadını qazanır. Lakin onun əsas məqsədi yalnız İskəndərə xidmət etmək deyil, öz xalqını yad ellilərin işğalından qoruyaraq gələcək Atropatena dövlətinin təməlini qoymaqdır.

İskəndərin saray intriqaları və qanlı savaşların fonunda Atropat öz müdrikliyi ilə həm tarixdə, həm də millətin yaddaşında əbədi yer qazanır.

 

Baxış sayı: 18