XƏBƏRLƏR
MƏLUMAT
Nyu-Yorkda Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş konsert keçiriləcək
ÜMÜMİ XƏBƏRLƏR
23/09/2025 14:42

ABŞ-da fəaliyyət göstərən Azərbaycan Yəhudi İcması Azərbaycanın görkəmli bəstəkarı və musiqi xadimi Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş xüsusi konsert proqramı təşkil edir.

Tədbir 25 sentyabr 2025-ci il tarixində, saat 19:30-da, Brooklyn şəhərində yerləşən Davidzon Media Mərkəzində baş tutacaq.

Konsert proqramında Üzeyir Hacıbəylinin yaradıcılığını əks etdirən musiqi nömrələri, çıxışlar və mədəniyyətlərarası həmrəyliyi təşviq edən təqdimatlar yer alacaq.

Tədbir ictimaiyyət üçün açıqdır və Azərbaycan musiqi irsinin beynəlxalq səviyyədə tanıdılması məqsədi daşıyır.

Baxış sayı: 39