XƏBƏRLƏR
MƏLUMAT
Dövlət Suverenliyi Günü münasibətilə tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
19/09/2025 17:06

Sentyabrın 19-da Dövlət Suverenliyi Günü münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edən Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev qeyd etdi ki, 2023-cü ilin 20 sentyabr tarixində cəmi 23 saat davam edərək başa çatmış antiterror əməliyyatı nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Bu əlamətdar tarixlə bağlı 19 sentyabr 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalanmışdır.

Çıxışda qeyd olundu ki, 2020-ci ildə Şuşa şəhərinin işğaldan azad olunması Azərbaycan Respublikasının suverenliyinə aparan yol idi.

Tədbirin sonunda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyası tərəfindən istehsal edilmiş “Şuşa, sən azadsan!” filmi nümayiş olundu.

Baxış sayı: 28