XƏBƏRLƏR
MƏLUMAT
Milli Kitabxanada “Üzeyir Hacıbəyli – 140” adlı virtual və ənənəvi sərgi açılıb
ÜMÜMİ XƏBƏRLƏR
18/09/2025 14:13

Milli Kitabxanada Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə virtual və ənənəvi kitab sərgisi açılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgilərdə rəsmi sənədlər, dahi bəstəkar, musiqişünas-alim, publisist, pedaqoq, ictimai xadim Üzeyir Hacıbəylinin zəngin irsi, operaları, musiqili komediyaları, satirik hekayələri, felyetonları, dərslikləri yer alıb.

Həmçinin bəstəkarın həyatı, elmi və ictimai-siyasi fəaliyyəti, Azərbaycan musiqisinin inkişafında müstəsna xidmətləri, publisistikası, xalq musiqisi, xor musiqisi, ifaçılıq sənəti, çoxşaxəli yaradıcılığının müxtəlif sahələrinə həsr olunmuş monoqrafiyalar, dərsliklər və digər tədqiqat əsərləri, Beynəlxalq Musiqi festivalları, Şuşada və Bakıdakı ev-muzeyləri, haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, dövri mətbuat materialları nümayiş olunub.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Hacibeyli_Uzeyir/index.htm  linkindən istifadə edə bilərlər.

Baxış sayı: 18